Bizi sosial şəbəkələrdən izləyin:
"Noyabrın 7-də mənimlə danışanlardan biri dedi ki, Şuşa uğrunda döyüşlər gedir. Lakin məlum oldu ki, bu döyüşlər Şuşanı müdafiə etmək üçün yox, onu geri almaq üçün davam edir, çünki Şuşa artıq 2020-ci il noyabrın 5-nə keçən gecə Azərbaycan ordusuna təslim olub".
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Serj Sarkisyan Şuşanın 1992-ci ildə "azad edilməsi"ndən və 2020-ci ildə təslim edilməsindən çərənləyərkən deyib.
"Şuşinin təslim edilməsi zamanı biz Şuşanın azad edilməsi ilə müqayisədə müqayisə olunmayacaq dərəcədə çox itki verdik", - deyə Sərkisyan əlavə edib.