Abdulla Çatlını canlandıracaq yeni filmdə heç bir erməni aktyor
Ekskluziv
1252
10:20, Bu gün

Abdulla Çatlını canlandıracaq yeni filmdə heç bir erməni aktyor "ASALA" döyüşçüsü rolunu oynamaq istəmədi...

1970-1990-cı illərdə Türkiyə siyasi həyatının həm nüfuzlu, həm də qalmaqallı siması olan məşhur "boz qurd"çu-kəşfiyyatçı Abdulla Çatlının həyatından bəhs edən filmdə  "KQB"-nin dəstəyi ilə qurulmuş və erməni terror təşkilatı sayılan "ASALA" ilə bağlı epizodlar yer alıb.
 
Moderator.az xəbər verir ki, "News.am" saytının İstanbulda nəşr olunan erməni “Aqos” qəzetinə istinadla yazdığına görə, Abdulla Çatlının həyatından bəhs edən filmin çəkilişləri zamanı rejissor "ASALA" döyüşçülərinin rollarını İstanbuldan olan erməni aktyorlara verməyi təklif edib. Lakin İstanbuldan heç bir erməni aktyor filmdə çəkilməyə razılıq verməyib.
Abdulla Çatlı Türkiyədə türk millətçi qanadının qalmaqallı simalarından biri kimi uzun illər  "ASALA"-ya qarşı vuruşub və bu qurumu parçalamağa nail olub. Film yaradıcıları belə ssenarilər üçün "ASALA" döyüşçülərini canlandırmaq üçün erməni aktyorlar axtarır.
 
Xatırladaq ki, Türkiyə mediasının daha öncə yaydığı məlumta görə Abdulla Çatlının həyatını əks etdirən və rejissoru Deniz En Yüksek olan “Çatlı” adlı filmin çəkilişlərinə başlanılıb. 20 mart 2026-cı ildə nümayişi planlaşdırılır. Filmdə Abdullah Çatlı obrazını Türkiyənin keçmiş milli futbolçusu Vedat İnceefe canlandıracaq.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər