Roma Papası Fransisk Fələstin prezidenti ilə görüşdü...-FOTOLAR
Ekskluziv
375
17:36, Bu gün

Roma Papası Fransisk Fələstin prezidenti ilə görüşdü...-FOTOLAR

Roma Papası XIV Leo cümə axşamı günü Fələstin prezidenti Mahmud Abbasla ilk görüşünü keçirib və burada Vatikanın bildirdiyinə görə, Qəzzada mülki insanlara yardımın “təcili ehtiyacı” müzakirə edilib. 
Moderator.az xəbər verir ki, bu haqda "VatikanNews" portalı məlumat yayıb.
 
Səfər iki illik müharibədən sonra "HƏMAS" və İsrail arasında kövrək atəşkəs imzalanmasından təxminən bir ay sonra baş tutub.
 
“Səmimi danışıqlar zamanı Qəzzanın mülki əhalisinə təcili yardımın göstərilməsi və münaqişənin iki dövlətin birgə yaşaması əsasında həllinə nail olunması üçün təcili ehtiyac olduğu qəbul edilib”, - Vatikanın bəyanatında deyilir.
 
Görüş 2015-ci ildə imzalanmış sazişə əsasən, Müqəddəs Taxt-Tacın Fələstin dövlətini rəsmən tanımasından 10 il sonra baş tutub. Abbas Levonun sələfi, aprel ayında vəfat etmiş Papa Fransisklə bir neçə dəfə görüşüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər