“Prezidentin texnoloji inkişafla bağlı fikirləri bizim üçün həm çağırış, həm də xatırlatmadır”
Ekskluziv
559
17:14, Bu gün

“Prezidentin texnoloji inkişafla bağlı fikirləri bizim üçün həm çağırış, həm də xatırlatmadır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 90 illiyi ilə bağlı yubiley tədbirində texnoloji inkişafı sürətləndirməyin önəminə toxunub, bu sahədə dövlət və özəl qurumları Azərbaycan alimləri ilə əməkdaşlıq etməyə səsləyib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Azərbaycanın bu sahədə böyük imkanlara malik olduğunu vurğulayıb:

“Hər bir ölkə texnoloji baxımdan öz milli təhlükəsizliyini təmin etməyə çalışır. Müasir dönəmdə  dünyada ən gərgin rəqabət texnologiya sahəsində gedir. Qərb dövətləri bu prosesdə bir qədər öndədirlər. Lakin onlar bu texnologiyanı başqaları ilə bölüşmək istəmir, bu məsələyə çox böyük qısqanclıqla yanaşırlar.

Hər bir mllətin özünün intellektual kəsimi var. Həmin kəsim gərək bu boşluqları doldursun.

Bizim dövlət proqramlarında insan kapitalına böyük yer ayrılır. Bu məsələdə məqsəd ondan ibarətdir ki, Azərbaycan texnoloji baxımdan öz milli təhlükəsizliyini təmin edə bilsin. Bu, əlçatan işdir.

Bizim gənclər son illər Avropanın, Asiyanın aparıcı universitetlərində təhsil alıblar. Onların təyinatı əsasən texnoloji sahələrlə bağlı olub. Onlar bu məsələdə öz sözlərini qətiyyətlə deməlidirlər.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin bu fikirləri yerində səslənən, özündə böyük həqiqət ehtiva edən fikirlərdir. Bunlar bizim üçün həm çağırış, həm də xatırlatmadır. Biz gənc kadrların hazırlığına xüsusi diqqət yetirməli, onların texnoloji bilik və bacarıqlarını artırmasına təkan verməliyik”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər