Bizi sosial şəbəkələrdən izləyin:
Özünü "demokratik sosialist" adlandıran 34 yaşlı siyasətçi Zöhran Məmdani 2025-ci il Nyu-York şəhər meri seçkilərində qalib gəlib.
Moderator.az xəbər verir ki, bu haqda "NBC News" məlumat yayıb.
"CNN Decision Desk"(Qərar Masası" proyekti xəbər verir ki, Nyu-York vaxtı ilə saat 21:50-yə (Bakı vaxtı ilə saat 05:40) qədər Məmdani 972.905 səs və ya səslərin 50,5%-ni toplayıb.
İkinci yerdə Demokrat Partiyasının nümayəndəsi və Nyu-Yorkun keçmiş qubernatoru Endryu Kuomo (797.715 səs və ya 41,4%) qərarlaşıb. O, əvvəllər ilkin seçkilərdə Məmdaniyə məğlub olmuşdu.
Üçüncü yerdə respublikaçı Körtis Sliva (141.318 səs və ya 7,2%) qərarlaşıb.
"CNN" yazır ki, "Məmdaninin qələbəsi Demokratlar arasında Prezident Donald Trampla necə qarşılaşmaq barədə fikir ayrılığı olduğu bir vaxtda Demokrat Partiyasının mütərəqqi qanadı üçün qələbədir. Prezidentin özü yerli Nyu-Yorkludur və o, Məmdanini yalandan "kommunist" adlandırıb və seçiləcəyi təqdirdə şəhəri "ələ keçirəcəyini" iddia edib..."