Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı Azərbaycan dili ilə bağlı maraqlı fikirlər səsləndirib. Azərbaycan dilinin qorunub saxlanılmasının vacibliyinə toxunan dövlət başçısı xarici kəlmələrə ehtiyac olmadığını bildirib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli dövlət başçısının Azərbaycan dilinə olan bu münasibətinin hər kəs üçün örnək olduğunu bildirib:
“Azərbaycan dilini yüksək səviyyəyə qaldırmaq və onu qorumaq mənasında o adam fikir bildirə bilər ki, onun özü dilin qorunmasında, zənginləşməsində, inkişfında birbaşa iştirak etmiş olsun. Bu şəxs bizim Prezidentimiz İlham Əliyevdir.
Təhsilini rus dilində alan İlham Əliyev Azərbaycan dilində xalqla elə səlis danışır ki, buna heyrətlənməmək mümkün olmur. Dövlət başçısının danışığında diqqət çəkən məqamlardan biri də onun xalqla xalqın öz dilində danışmasıdır.
Səhv etmirəmsə, Xocalı rayonunda yaşlı bir sakinlə söhbətində dövlət başçısı vətəndaşdan mal-qara saxlayıb-saxlamadığını soruşur. Rayon sakini bildirir ki, bəli, mal-qara saxlayıram. Dövlət başçısı bunun ardınca “örüşünüz var” deyə soruşur. Bu ifadə dövlət başçısının dilimizin incəliklərinə nə qədər dərindən bələd olduğunu bildirir.
Mən bu dialoqdan sonra auditoriyadan “örüş sözünün mənasını soruşdum. 50 tələbədən 2-si bu sözün mənasını izah edə bildi. Dövlət başçısının çıxşlarıdna diqqət çəkən məqamlardan biri də onun heç bir qeydə, heç bir konspektə baxmamasıdır.
Hesab edirəm ki, cənab Prezidentin dilə olan münasibəti bizim hər birimiz üçün örnək olmalıdır. Prezidentin məlum çıxışı bir daha göstərdi ki, dilimiz, onun qorunmasının vacibliyi dövlətimizin diqqət mərkəzindədir və bizim hər birimiz bu məsələdə dövlətimizə dəstək verməliyik”.
Seymur ƏLİYEV