Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
1605
11:31, Bu gün

“Hələ görün, “KQB” arxivlərini açsaq, Ramiz Mehdiyev haqda nələr üzə çıxa bilər?..”

“Hələ Bakı Dənizçilik məktəbində oxuyarkən hansı “qeyri-adi” və “milli” xüsusiyyətlərinə görə onu kim və necə “KQB” ilə əməkdaşlığa dəvət edib və ardınca ölkə rəhbərliyinin də diqqətini cəlb edərək onun komsomola, partiyaya, nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə işə düzəlməsinə və sonradan pillə-pillə...”
 
-3 CÜMLƏ İLƏ BİR TƏKLİF...- 
 
Artıq 20 gündən çoxdur ki, Ramiz Mehdiyevin həbs edilərək ev dustağı edilməsi haqda cürbəcür hələ də çoxları üçün cəlbedici, maraqlı informasiyalar, söz-söhbətlər, açıqlamalar, müsahibələr, deyişmələr, didişmələr və s. davam etsə də, rəsmi qurum və medianın heç bir ciddi açıqlaması olmadığından bütün bu yazılar, çıxışlar “guya” kateqoriyasına aid edilir...
 
Belə hesab edirəm ki, Ramiz Mehdiyev və onun əsas komanda üzvləri haqda deyilənləri, xüsusən də onların Moskvaya işləməsini, “5-ci kalon” olmasını  təsdiqləyəcək, bu informasiyaların cəmiyyət tərəfindən tam ciddi şəkildə qəbul edilərək həzm olunmasına  və ümumiyyətlə, Rusiyanın "5-ci kalon" və agentura şəbəkəsinin əsaslı şəkildə zərərsizləşdirilməsinə şərait yaradacaq addımlardan biri də təcili olaraq Milli Məclis tərəfindən “Lüstrasiya haqda” Qanunun qəbul edilməsi və keçmiş “KQB” arxivlərinin açılması ola bilər...
 
Görün o arxivlər açılsa, Ramiz Mehdiyev və komandası haqda nələr üzə çıxa bilər: hələ Bakı Dənizçilik məktəbində oxuyarkən hansı “qeyri-adi” və “milli” xüsusiyyətlərinə görə onu kim və necə “KQB” ilə əməkdaşlığa dəvət edib və ardınca ölkə rəhbərliyinin də diqqətini cəlb edərək onun komsomola, partiyaya, nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə işə düzəlməsinə və sonradan pillə-pillə irəliləyərək müstəqilliyin bərpasından sonra da PA rəhbəri kimi mühüm bir vəzifəyə yüksəlməsinə yol açıb, 1988-ci ildən bəri milli azadlıq hərəkatının, müxalifətin “lider”ləri və ya fəalları hesab edilən hansı digər “KQB” agentləri onunla birgə Kremlə xidmət göstərib və bu gün də göstərməkdədir, hansı yüksək vəzifə sahibləri onunla bərabər Azərbaycanda “KQB”-“FSB”-təxribat-korrupsiya şəbəkəsinin güclənməsinə, ölkə iqtisadiyyatının zəiflədilməsinə yol açıb və s. və i.a.
 
P.S. Ona görə “guya” deyirəm ki, bizi mediada belə tərbiyə ediblər: barəsində rəsmi informasiya yayılmayan heç nəyi ciddi qəbul etməyin, hətta dövlət üçün ciddi, əhəmiyyətli hadisələr haqda mediada, yaxud sosial şəbəkədə yalnız rəsmi informasiyaları yayın. Təbii ki, “KQB” arxivləri parlamentin qərarından və Prezidentin təsdiqindən sonra  yalnız müvafiq rəsmi qurumlar tərəfindən açıla bilər və o haqda, eləcə də Ramiz Mehdiyev və əsas komanda üzvlərinin adlarının oradan çıxması ilə bağlı öncə rəsmi informasiya verilə bilər. Bundan sonra təbii ki, onların həbsi də rəsmiləşəcək və nəticədə bütün “guya”lar yığışılacaq...
 
P.P.S. On illərdir, deyirəm ki, Rusiyanın “5-ci kalonu” əsaslı şəkildə yalnız “KQB” arxivlərinin açılması və Moskvanın Azərbaycandakı əsas agentura şəbəkələrinin üzə çıxmasından sonra zərərsizləşdirə bilər... Yəni yalnız “Rus evi”nin və yaxud Ramiz Mehdiyev kimi bir neçə fiqurun ifşasıyla iş bitməyəcək...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər