Ukraynadakı Şimali Koreyalı əsirlər Cənubi Koreyaya göndərilmələrini xahiş edir...
Ekskluziv
1342
08:28, Bu gün

Ukraynadakı Şimali Koreyalı əsirlər Cənubi Koreyaya göndərilmələrini xahiş edir...

Bu ilin yanvar ayında Rusiyanın Kursk bölgəsində Müdafiə Qüvvələri tərəfindən əsir götürülən iki Şimali Koreya əsgəri Cənubi Koreyaya köçürülmələrini xahiş edib, onlar özlərinə zərər verməyə cəhd göstəriblər. 
 
Moderator.az xəbər verir ki, "Ukrainskaya pravda" bu ahqda "Barron's", "AFP",  "Yonhap" nəşrlərinə istinadla məlumata yayıb.
 
 "Barron's"-un məlumatına görə, hərbi əsirlər 28 oktyabrda baş tutan sənədli film üçün müsahibə zamanı Cənubi Koreyaya köçürülmələrini istəyiblər.
 
"Müsahibənin sonunda iki hərbi əsi prodüserdən onları Cənuba aparmasını xahiş etdilər", - Şimali Koreyadan qaçanlarla işləyən bir təşkilatın rəhbəri və özü də Şimali Koreyadan qaçan Çan Se-yul bildirib.
 
Müsahibənin videosu hələ yayımlanmayıb, lakin Çan onun yaxın həftələrdə yayımlanacağını bildirib.
 
"Yonhap" həmçinin "Çan"ın hər iki əsirin Cənubi Koreyaya getmək istəyini ifadə etdiyini bildirib. Bu, fevral ayında Cənubi Koreya qanunvericisi ilə görüş zamanı onlardan yalnız birinin belə bir istəyi ifadə etdiyindən fərqli olub.
 
Təqdim olunan foto-şəkillər göstərir ki, onlardan birinin əsirlikdə aldığı çənə yarası artıq sağalıb, baxmayaraq ki, bəzi sümük əyrilikləri qalıb.
 
Qeyd olunur ki, əsirlərdən birinin yatağında Şimali Koreya lideri Kim Çen Inın əl ilə çəkilmiş portretləri asılıb.
 
Çanın sözlərinə görə, əsirlər prodüser vasitəsilə göz dərmanı, trikotaj geyim, şalvar, siqaret, qələm və kitab istəyiblər.
 
O, həmçinin Ukrayna rəsmilərinin Şimali Koreya əsirlərinin psixoloji cəhətdən qeyri-sabit olduqları və özlərinə zərər verməyə, intihara cəhd etdikləri barədə açıqlamalarını çatdırıb.
 
Cənubi Koreya konstitusiyasına görə, bütün koreyalılar, o cümlədən Şimali Koreyada yaşayanlar vətəndaş hesab olunurlar və Seul bunun Ukraynada əsir götürülmüş hər hansı bir hərbi qulluqçuya aid olduğunu bildirib. Cənubi Koreya tərəfi Ukrayna hökumətinə Şimali Koreya əsirlərinin niyyətləri təsdiqlənərsə, onları qəbul etməyə hazır olduğunu bildirib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər