22:54
14°C
Bakı
Sumqayıt Musiqi Kollecinin məzunu, gənc və istedadlı tarzən Fərid İmranlı Bakıda keçirilən “Talanttar Alemi” çoxjanrlı beynəlxalq musiqi müsabiqəsində böyük uğura imza atıb.
Moderator.az xəbər verir ki, gənc tarzənin müsabiqədə ifa etdiyi Həsən Rzayevin “Çahargah” rapsodiyası müsabiqənin ən ali mükafatına - Qran-priyə layiq görülüb.
Müsabiqədə Fərid İmranlını pianoda konsertmeyster Sevinc Süleymanova müşayiət edib.




