Bizi sosial şəbəkələrdən izləyin:
"Bu gün bizdə nazir yoxdur, ona görə də operativ iş yoxdur. Allah eləməsin, müharibə başlasa, hansısa nazir silaha sarılaraq əsgərlərinin qabağında döyüşə atılacaqmı? O, əvvəlki nazirlər kimi müharibəyə gedəcəkmi?"
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə İrəvanda erməni vətəndaşlardan biri "24news"-a müsahibəsində bildirib.
"Düzdür, bu gün onların bəzilərini gözdən salırlar, amma məsələn, Hayk Arutyunyan(1992-1994 - Ermənistan daxili işlər nazirinin müavini-S.Lı) bizimlə birgə Laçında vuruşurdu. O vaxt polislər Laçın dəhlizini qoruyurdu. Sonralar o, Stepanakertdə(Xankəndində- S.L.) və başqa yerlərdə də əməliyyat keçirib. Bizimlə döyüşə çıxan nazirlərimiz olub. Noyemberyanda da belə olub", - o vurğulayıb.
S.Laçın