“Mənəviyyatı zəngin olan insan...” - Əminə Şirini dinlə bağlı danışdığına görə kimlər qınayıb? - AÇIQLAMA
Ekskluziv
1550
10:56, Bu gün

“Mənəviyyatı zəngin olan insan...” - Əminə Şirini dinlə bağlı danışdığına görə kimlər qınayıb? - AÇIQLAMA

“Mən düşünmürəm ki, mənəviyyatı zəngin olan bir insan mənim hansısa sözümü müzakirə etsin və qəribçiliyə salsın. Mənəviyyatı zəngin olan insan o dəqiqə anlayacaq ki, mən nəyi, necə, nəyə görə, harada, hansı formada demişəm. Mənim sözümü qəribçiliyə salan varsa da əgər, bu artıq onu göstərir ki, bu adam özü nəsə narahatdır, özü qəribçilikdədir. Çünki mənim hansı çıxışım, hansı sözüm qanuna qarşı çıxıb, hansısa müqəddəs sayılan mövzulara zidd olub?”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əminə Şirin deyib.
 
O daha sonra din mövzusunda danışdığı üçün qınandığını bildirib:
 
“Son vaxtlar dini mövzular haqda çıxışlar etmişəm və bildirmişəm ki, din eşqdən, sevgidən başqa bir şey deyil. Hansı dini mütəxəssisdən, ruhanidən soruşsanız mənim dediklərimi təsdiqləyəcək. Əgər təsdiqləməsə onda demək ki, mənim bu illər ərzində mütaliəm, kitablarım hamısı boşu-boşuna imiş. Ən əsası da bu bizim məsumların dilindən deyilən bir sözdür. Yenə də deyirəm və təsdiqləyirəm ki, din ilahi eşqdən başqa bir şey deyil. Mən ilahi eşqdən danışmışam. Bunu kimsə qəribçiliyə salıbsa o insan özü-özünü araşdırsın ki, nə problemi var? Mən təklif etmişəm ki, dini şəriət çərçivəsində ilişib qalmayaq, bundan üst mərtəbələr də var axı. Mərifətə, həqiqətə ucalaq. Mən bir az irfani çıxışlar etmişəm, bunu da dini şəriət çərçivəsində ilişib qalanlar təbii ki, dərk etməyiblər. Dərk etməyəcəcklər də. Onlar hələ birinci sinifdədirlər. O ki, qaldı musiqi, sənət, söz haqqında hansısa çıxışlarım varsa, mən nöqtə və vergülünə qədər bütün dediklərimin arxasındayam və heç kim bunlara qarşı çıxa bilməz”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər