Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın Armavir vilayətinin Vardanaşen kənd sakini, 1950-ci il təvəllüdlü Janna Antonyan yoxa çıxıb. Ailə üzvlərinin dediyinə görə, o, dünən saat 15:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Moderator.az xəbrə verir ki, "Past" nəşrinin yaydığı məlumata görə, bu haqda jurnalist Lia Sarkisyan yazıb.
“Yaşlı qadının yaddaşında problem var”, -deyən jurnalistin sözlərinə görə, qadının nəvəsi Artak "İşxanutyun" xəbər agentliyinə deyib ki, nənəsi Qarabağdan köçüb və "vətənini itirməsi ilə barışa bilmir".
“O, həmişə deyirdi ki, “evə gedirəm”. O, ancaq babamı xatırlayırdı və hər gün əşyalarını yığıb Qarabağa qayıtmağa hazırlaşırdı”, -nəvəsi belə deyib
"Janna Antonyan qızı və kürəkəni ilə yaşayırdı. Ailə onun sağ-salamat tapılacağına ümid edir"- xəbərdə bildirilir.