Bizi sosial şəbəkələrdən izləyin:
“Bizdə olan məlumata görə, ABŞ prezidenti Donald Trampın oğlu kiçik Tramp noyabrın 12-də Ermənistana gələcək. Mənbələrimizin məlumatına görə, səfərin məqsədləri arasında biznes maraqları və hakimiyyətin müxtəlif dairələri ilə görüşlər var."
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bunu “Past” qəzeti yazır:
Nikol Paşinyanla görüşün planlaşdırılıb-planlaşdırılmadığı hələlik məlum deyil. Ehtimal olunur ki, səfər Ermənistanın ABŞ-a yeni təyin olunmuş səfiri Narek Mkrtçyan tərəfindən “bos”a(Paşinyana-S.L.) fəaliyyətinin effektivliyini sübut etmək məqsədilə təşkil edilib.
Xatırladaq ki, 12 noyabr Azərbaycanda Konstitusiya günüdür...
S.Laçın