“Gələcək müharibələrin taleyi texnoloji deyil, mənəvi amildən asılı olacaq”
Ekskluziv
1049
16:25, Bu gün

“Gələcək müharibələrin taleyi texnoloji deyil, mənəvi amildən asılı olacaq”

“Gələcək müharibələrin taleyi texnoloji deyil, mənəvi amildən asılı olacaq”

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Hərbi nəşr müasir hərbi araşdırmalrın təhlilinə əsasən bildirib ki, hazırda texnologiya baxımından dünyanın ən qabaqcıl ordularında, o cümlədən ABŞ ordusunda  mənəvi amillərin, xüsusilə də etimad və cəsarətin aşınması prosesi gedir. Hansı ki, bu fakt həmin orduların fəaliyyətinə texnoloji çatışmazlıqdan daha çox təsir göstərir, onların qələbəsini şübhə altına alır.

Ekspertlər hərbi texnologiyanın geniş tətbiq fonunda orduda mənəvi faktorun aşınmasını “texniki bacarıq və mənəvi cəsarət arasındakı genişlənən boşluq” kimi xarakterizə edir. Məqalədə deyilir:

“ABŞ ordusu texnologiyanı sevir və bunun yaxşı səbəbi var. Süni intellektlə təchiz olunmuş hədəf sistemlərindən tutmuş gizli təyyarələrə qədər Amerika qüvvələri uzun müddətdir ki, mübarizədə öndə olmaq üçün innovasiyaya güvəniblər. Lakin onilliklər ərzində liderliyi öyrəndikdən sonra əminəm ki, növbəti əsas hazırlıq problemimiz heç də texnologiyadan qaynaqlanmayacaq. Bu, daha qədim və daha çətin bir şeyin çatışmazlığından qaynaqlanacaq: xarakter amilindən!”

Xatırladaq ki, Azxərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərmiş, bütün dünyaya əsl mənəviyyat dərsi keçmişdir. Prezident İlham Əliyev öz çxışlarında dəfələrlə ordumuzun malik olduğu vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərə sədaqətini yüksək qiymətləndimiş, bunu qələbənin əsas səbəbi kimi xarakterizə etmişdir. Bu mənadan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində sərgilədiyi qəhrəmanlıq və bu qəhrəmanlığı sitimullaşdıran mənəvi faktorlarla qələbə üçün mənəvi amilin texnoloji üstünlükdən daha mühüm rol oynadığını praktiki şəkildə isbatlamışdır.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər