“Qondarma “erməni soyqırımı” məsələsində Paşinyanın mövqeyi kifayət qədər praqmatikdir...”
Ekskluziv
1914
31 Oct 2025 | 12:12

“Qondarma “erməni soyqırımı” məsələsində Paşinyanın mövqeyi kifayət qədər praqmatikdir...”

 
Amma yalnız revanşist, irqçi xislətli ermənilərə xasdır ki, Xocalı soyqırımı kimi soyqırımı qəbul etməyərək 1988-ci ildə Sumqayıtda sovet “KQB”-sinin planı əsasında elə digər bir neçə erməni tərəfindən  18 erməninin öldürülməsini soyqırımı olaraq qəbul edilsin...”
 
“Bu, açıq-açığına provakasiyadır və başqa dövlətin daxili işlərinə müdaxilə deməkdir. Və bu, Kremldə Türkiyəyə olan nifrətdən doğur. Üstəlik, Ermənistandakı revanşist qüvvələri müəyyən addımlara ruhlandırmağa çalışırlar.  Qondarma “erməni soyqırımı” məsələsində Paşinyanın mövqeyi kifayət qədər praqmatikdir: o, regionda davamlı düşmənçilik və qarşıdurmanın qalmasını istəmir. Eyni zamanda Paşinyanın Ermənistanı inkişaf etdirmək üçün əsas dayaqlarından biri Azərbaycandırsa, digəri  Trükiyədir. Ona görə də bu qondarma “soyqırım”ın yalan olduğunu, gerçəyi əks etdirmədiyini Paşinyan da bilir. Amma yalnız revanşist, irqçi xislətli ermənilərə xasdır ki, Xocalı soyqırımı kimi soyqırımı qəbul etməyərək 1988-ci ildə Sumqayıtda sovet “KQB”-sinin planı əsasında elə digər bir neçə erməni tərəfindən  18 erməninin öldürülməsini soyqırımı olaraq qəbul edilsin. Bu, erməni şüurunun təhrifləri və uydurmalarıdır”.  
 
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli “Rusiya Xarici İşlər Nazirliyinin məşhur sözçüsü Mariya Zaxarova Ermənistanda qondarma “erməni soyqırımı” tarixinin müqəddəs sayılmasından çıxması ilə bağlı şoka düşdüyünü bildirib və bəzi erməni siyasətçilərinin bu mövzudan imtina etmək ehtimalını müzakirə etməyə başladığını qeyd edib. Hətta dolayısıyla Paşinyanı xəyanətkar adlandırıb. Bunu necə şərh edərdiniz?” sualını cavablandırarkən ifadə edib.
 
“Məhz eyni zehniyyətin 1915-ci ildə  cəmi 400 min erməninin yaşadığı Şərqi Anadolu bölgəsində Osmanlı Türk ordusunun guya 1,5 milyon erməni öldürdüyü barədə uydurduğu rəvayətlər sadəcə gülüş doğurur...  Üstəlik, bildiyimə, oxuduqlarıma görə, Türkiyə Osmanlı sultanının əmri ilə həmin vaxt Türkiyə ərazisinə soxulmuş işğalçı Rusiya ordusuyla birgə öz təbəəsi olduğu dövlətə, onun ordusuna və dinc vətəndaşlarına güllə atan erməni komitələrinin heç birinə güllə atılmamışdır.  Onlar yalnız elə Osmanlı rəhbərliyinin səhvləri nəticəsində vaxtilə yerləşdirildikləri ərazilərdən Makedoniya və digər Cənubi Avropa ölkələrinə köçürülmüşdür. Bir sözlə, 1915-ci il “erməni soyqırımı” haqda uydurulmuş “fakt”lara baxdıqca bişmiş toyuğun da gülməyi gəlir.  Digər tərəfdən,  dünyada beynəlxalq  səviyyədə hüquqi baxımdan tanınmış yeganə soyqırım yəhudilərin nasistlər tərəfindən qırılması, yəni Holokostdur. Heç bir beynəlxalq təşkilat qondarma “erməni soyqırımı”na hüquq donu geyindirə bilməyib”, -deyə davamında politoloq bildirib. 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər