Ekskluziv
818
30 Oct 2025 | 17:31

"ABŞ və Çin liderlərinin görüşündə Ukrayna ilə bağlı gözləntilər özünü doğrultmadı...”

“Halbuki Çin bu müharibənin durdurulmasında açar dövlətlərdən biri, bəlkə də birincisidir. Görünür, Tramp...”
 
“Birləşmiş Ştatlar prezidenti Donald Trampla Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən görüşə ümidlə yanaşılırdı. Çünki hər iki dövlət beynəlxalq düzənin nizamlanmasında və şəkilləndirilməsində, həmçinin təhlükəsizliyin təmin edilməsində həlledici söz sahibləridir. Çinin yürütdüyü fəal xarici siyasət, onun təkqütblü dünyadan çoxqütblü dünya qurulması istiqamətində praktik addımları, eyni zamanda iqtisadi, texnoloji sıçrayışı Ağ Evi ciddi şəkildə narahat edir. Ancaq bu narahatlıq birbaşa toqquşmayadək gedib çıxılmaması üçün tərəflərin dialoqa üstünlük verməsi ortada idi. Çinlə ABŞ arasında bir sıra məsələlərdə ciddi rəqabət və fikir ayrılıqları mövcuddur. Tayvan, Ukrayna-Rusiya müharibəsi, Arktikanın işlədilməsi,  nəqliyyat dəhlizlərinə nəzarət, inkişaf etməkdə olan dövlətlərə Çinin texnoloji, iqtisadi, maliyyə  və ticari ekspansiyası kimi məsələlər həlli yolunu gözləməkdədir.” 
 
Bu fikirləri Moderator.az əməkdaşının “Trampın Ci Cinpinlə  Cənubi Koreyada baş tutmuş görüşündən Ukrayna savaşı və ümumiyyətlə, planetimiz üçün müsbət və ya mənfi hansı nəticələri gözləmək olar?” sualını cavablandırarkən siyasi şərhçi Əli Orucov ifadə edib.
 
“Ancaq Cənubi Koreyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində 2 saata yaxın çəkən bu görüşdə qlobal təhlükəsizlik problemləri deyil, Çin-ABŞ ticari əlaqələri müzakirə edilib. Ancaq dövlət başçılarının qarşılıqlı səfərləri perspektivdə digər aktual problemlərin çözümünə də imkan verəcək. Təəssüflər olsun ki, Rusiya Ukrayna müharibəsi barədə gözləntilər bu görüşdə özünü doğrultmadı. Halbuki Çin bu müharibənin durdurulmasında açar dövlətlərdən biri, bəlkə də birincisidir. Görünür, Tramp bu mövzuda ciddi fikir ayrılıqlarının olduğu üçün əlavə vaxt itkisindən qaçıb”, -deyə davamında siyasi şərhçi vurğulayıb.
 
Sultan Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər