İşğalçı Rusiyanın dəstəklədiyi bu layihənin bizə nə faydası ola bilər?..-Politoloq 
Ekskluziv
302
09:51, Bu gün

İşğalçı Rusiyanın dəstəklədiyi bu layihənin bizə nə faydası ola bilər?..-Politoloq 

“Bu günədək Gürcüstan Rusiya ilə bir masa arxasında oturmaq istəmir. Görək bu dəfə oturacaqmı? İranın da başqa iddiaları var...”
 
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanımn bu günlərdə bildirdiyinə görə, 1988–1994-cü illərdə Azərbaycanla Ermənistan arasında münaqişəni qızışdırıb genişmiqyaslı müharibə səviyyəsinə qaldıran və ən azı 2020-ci ilədək torpaqlarımızın azad edilməsinə imkan verməyən və bu gün də Qarabağı yenidən işğal etməyə can atan revanşist, irqçi qüvvələri dəstəkləyən Rusiyanın layihəsi olan və Gürcüstanın qoşulmadığı üçün əslində “3+2” adlandırılmalı olan “3+3” formatının ya Azərbaycanda, ya da Ermənistanda keçirilməsi nəzərdə tutulub.  Görəsən, əsasən Moskvanın dəstəklədiyi bir layihənin Azərbaycana faydası ola bilərmi?
 
Mövzu ilə bağlı müraciət etdiyimiz politoloq Qabil Hüseynli Moderator.az-a çox qısa, konkret şərh verib: 
 
“ “3+3”  formatını Azərbaycan Prezidenti də müdafiə edir. Eyni zamanda Azərbaycan da həmin layihədə iştirak edir. Bölgədə belə bir layihə səmimi baza, fundament üzərində yaradıla bilərsə,  o halda onun faydası olar. Amma bu günədək Gürcüstan Rusiya ilə bir masa arxasında oturmaq istəmir. Görək bu dəfə oturacaqmı? İranın da başqa iddiaları var. Ümumiyyətlə, “3+3” formatı ilk baxışdan mütərəqqi görünsə də, bölgə üçün müəyyən sülh xarakterli faydalı layihələri gündəmə gətirmək məqsədi daşıdığı bəyan edilsə də, onun baş tutacağı, ayaq tutub irəliləcəyi ehtimalı çox zəifdir...”
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər