Ekskluziv
626
08:12, Bu gün

"Paşinyan hakimiyyətdə qalsa, Azərbaycanın əyaləti olacağıq..."

Nikol Paşinyan 2026-cı ilə qədər hakimiyyətdə qalsa, Ermənistan Azərbaycanın birbaşa təsiri altına düşə bilər.
 
 Moderator.az  xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktor əvəzi Mikael Hambartsumyan NEWS.am-a bildirib.
 
"Bu o demək deyil ki, gəlib bizi evimizdə qıracaqlar. Bu o deməkdir ki, yumşaq güc təzyiqi daha da güclənəcək. O dostluq prosesi başlayacaq, bir müddət davam edəcək. Azərbaycanlılar Ermənistanda yaşamağa gələcəklər, onların zəmanətləri olacaq və bu, dövlət səviyyəsində olacaq. Əhali balansı dəyişməyə başlayacaq, azərbaycanlılar Azərbaycan və Türkiyə tərəfindən maliyyələşdiriləcək. Yaxşı, biz özümüzdən asılı olmayaraq, kağız üzərində bir müddət qala bilərik, amma fakt Ermənistanı itirəcəyik, biz Azərbaycanın əyalətinə çevriləcəyik”, - Hambartsumyan belə deyib.
 
O, dostluğun tərəfdarı olduğunu, lakin “güclülərin zəiflərlə namuslu dostluq edə biləcəyinə” inanmadığını qeyd edib.
 
Keçmiş MTX rəhbəri əvəzi  onu  da iddia edib ki, əgər 44 günlük müharibə başlayan kimi Paşinyan həbs olunsaydı, rusların köməyi ilə müharibə daha tez dayandırılardı.
 
Xatırladılır ki, Mikael Hambartsumyan 2020-ci il oktyabrın 8-də MTX direktoru Argişti Kərəmyanın vəzifəsindən azad edilməsindən sonra MTX-nin direktoru vəzifəsini icra edən təyin edilib və noyabrın 7-də vəzifəsindən azad edilib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər