Tramp Pentaqona nüvə raketlərini dərhal sınaqdan keçirmək göstərişi verdi...
Ekskluziv
1724
07:07, Bu gün

Tramp Pentaqona nüvə raketlərini dərhal sınaqdan keçirmək göstərişi verdi...

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinə "ABŞ-ın nüvə silahlarını dərhal sınaqdan keçirməyə" göstəriş verdiyini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, o, bu barədə sosial media hesabı olan "Truth Social"-da yazıb.
 
"ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahı var", - deyə Tramp vurğulayıb və əlavə edib ki, birinci prezidentlik müddətində "mövcud silahların tam yenilənməsi və modernləşdirilməsi" baş verib.
 
"Rusiya ikinci, Çin isə uzaq üçüncü yerdədir, lakin beş ildən sonra birinci yerə çıxacaq. Digər ölkələrin sınaq proqramlarını nəzərə alaraq, Müdafiə Nazirliyinə nüvə silahlarımızı bərabər səviyyədə sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq", - deyə prezident açıqlamasında vurğulayıb.
 
Tramp həmçinin qeyd edib ki, qərar dünya miqyasında müşahidə olunan arsenal artımı və ABŞ-ın texnoloji və strateji üstünlüyünü qorumaq istəyi ilə bağlıdır.
 
"TSN" yazır ki, bi rmüddət əvvəl Rusiyanın təhlükəli nüvə obyektini sınaqdan keçirməsi ilə bağlı məlumatların Moskvanın yeni hərəkətlərinin faktiki təsdiqi deyil, Qərbə qarşı psixoloji müharibə vasitəsi ola biləcəyi bildirilmişdi.
 
Daha əvvəl xəbər verilmişdik ki, Rusiya diktatoru Putin ən son müasir silah növlərindən danışıraraq yenidən nüvə şantajına əl atır.
Link kopyalandı!
Son xəbərlər