“Tariximizdə 8 Noyabrdan daha böyük, daha parlaq gün yoxdur”
Ekskluziv
1621
29 Oct 2025 | 11:43

“Tariximizdə 8 Noyabrdan daha böyük, daha parlaq gün yoxdur”

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinləri ilə görüşündə 8 Noyabr zəfəri ilə bağl maraqlı fikirlər səsləndirib. Dövlət başçısı 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli Zəfər Gününün həqiqətən də Azərbaycan tarixində müstəsna yerə və rola malik olduğunu vurğulayıb:

“Prezidentimizin “8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir” fikri bu böyük günün, misilsiz qələbənin tariximiz baxımından əhəmiyyətini izah edən dəqiq və gözəl bir fikirdir. 8 Noyabr həqiqətən də bizim tariximizdə və taleyimizdə silinməz iz qoydu, xalqımızın və dövlətimizin gələcəyini qəti şəkildə müəyyənləşdirdi. Azərbaycan Silahlı Qüvvələri bu qələbə ilə yalnız işğaldakı torpaqlara azadlıq bəxş etmədi. Ordumuz 8 Noyabr zəfəri ilə xalqımızın özünə olan inamını bərpa etdi, milli qürur və ləyaqətimizi daha da möhkəmləndirdi. Bu zəfər bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı yenilməzdir və ona edilən heç bir ədalətsizliyi cəzasız qoymur. Bu baxımdan xalqımız üçün 8 Noyabr tarixindən daha böyük, daha uca gün yoxdur.

Əminəm ki, 8 Noyabr zəfəri, bu zəfərin böyüklüyü və əhəmiyyəti gələcək nəsillər tərəfindən də lazımınca dərk ediləcək, Ordumuzun Müzəffər Ali Baş Komandanımızn rəhbərliyi ilə bu müharibədə əldə etdiyi qələbə hər zaman qürur qarışıq heyrət hissi ilə iftixarla xatırlanacaq”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər