Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ prezidenti Donald Tramp Yaponiyanı tərk edərək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitinə ev sahibliyi edəcəyi Cənubi Koreyanın Kyondju şəhərinə uçub. Orada onun Çin prezidenti Si Cinpinlə görüşməsi planlaşdırılır.
Moderator.az "NV" kanalına istinadla xəbər verir ki, bu barədə "The New York Times" məlumat verib.
Amerika liderinin Asiya turunun sonuncu mərhələsi Cənubi Koreya olacaq.
Məlumata görə, Tramp Tokionun Haneda hava limanından yola düşüb. Bu, onun ikinci prezidentlik müddətində Yaponiyaya ilk səfəridir. Tokioda o, Baş nazir Sanae Takaiçi ilə danışıqlar aparıb, bundan sonra iki tərəf nadir torpaq metalları üzrə əməkdaşlıq müqaviləsi imzalayıb və ikitərəfli münasibətlərdə yeni "qızıl dövrün" başlanğıcını elan edib.
Cənubi Koreyada Amerika prezidenti həmkarı Li Ce Myunqla, 30 oktyabrda isə Çin prezidenti Si Cinpinlə görüşəcək.
Tramp Çin lideri ilə Çinin Rusiya neftinin alışını azaltmaq məsələsini, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsinə "istər neft, istər enerji, istərsə də digər təsir vasitələri ilə" son qoymaq yollarını müzakirə etmək niyyətində olduğunu bildirib.
"Prezidentlə birlikdə səfərdə olan Ağ Ev müxbirimiz Keyt Rodjersin dediyinə görə, Tramp artıq Cənubi Koreyaya enib, burada onu xüsusi milli nağara ifası və qulaqbatırıcı top atəşi ilə qarşılayıblar. Cənubi Koreya Hərbi Hava Qüvvələrinin orkestri rəsmilər tərəfindən qırmızı xalçada qarşılanan Trampın ən sevimli ralli mahnılarından biri olan “YMCA” mahnısını oxumağa başlayıb."- " Nyu-York- Tayms" belə yazır.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Kiyevlə danışıqlarda "fasilə" elan edərək Ukraynanı Rusiyanın təklifləri ilə bağlı "dialoqu davam etdirmək istəməməkdə" günahlandırmışdı.
Analitiklərin fikrincə, Tramp-Si görüşü Ukraynadakı müharibə məsələsini də əhatə edəcək yeni diplomatik formatlar üçün dönüş nöqtəsi ola bilər.
S.Laçın