Türkiyə ilə bağlı bədbin proqnoz: Hansı şəhərlərdə güclü zəlzələ gözlənilir?
Ekskluziv
390
16:49, Bu gün

Türkiyə ilə bağlı bədbin proqnoz: Hansı şəhərlərdə güclü zəlzələ gözlənilir?

Türkiyənin məşhur geofizika mütəxəssislərindən, İTÜ Mədən Fakültəsinin  təqaüddə olan müəllimi, Professor Övgün Ahmet Ercan Balıkesir şəhərində baş vermiş zəlzələ barədə bir neçə saat əvvəldən məlumat vermişdi. Belə ki, dünən saat 16:30-da SÖZCÜ TV-də canlı yayımlanan bir verilişə telefonla bağlanaraq, Türkiyənin zəlzələ xəritəsini qiymətləndirmişdi. Elə həmin verilişdə Prof. Dr. Ercan, “Zəlzələ gözlədiyimiz yerlərdən biri Balıkesir–Sındırgı arası ola bilər” proqnozunu vermişdi. Bir neçə saat sonra professorun söylədikləri özünü doğrultdu, Balıkesir–Sındırgıda 6.1 bal gücündə zəlzələ baş verdi. 
 
Professor Övgün Ahmet Ercan zəlzələnin ardınca sosial media hesabından yeni açıqlamalar da verdi. Moderator.az həmin proqnozları olduğu kimi tədim edir:
“Sındırgı’da əvvəllər baş vermiş 6,1 bal gücündə zəlzələdə az və orta ziyan görmüş binalar vardı. Bu binalardan bəziləri bu zəlzələdə dağılıb. Sındırgıda bina dağıntısı üçün 6,2 bal keçərlidir. Amma əvvəlki zəlzələdən sonra binalar xəsarətli olduğu üçün bu limit aşağı düşüb. Bu zəlzələ, Sındırgı çatının cənub-şərqə doğru inkişaf etdiyini göstərir. Əvvəlki zəlzələdə təxminən 15–20 kilometrlik çat yaranmışdı; bu son zəlzələ ilə birlikdə ümumi 30–40 kilometrlik sahə yenidən çatlamış görünür.”
 
Professor yeraltı təkanların 2–3 ay davam edə biləcəyini və bölgədə yaşayan insanların bina təhlükəsizliyindən əmin olmadan evlərinə girməmələrinin vacib olduğunu vurğulayıb.
İstanbulda ən az 20–30 il zəlzələ gözlənilmir
 
Prof. Dr. Ercan, Balıkesir zəlzələsinin İstanbul, İzmir və ya Denizlidə hər hansı mənfi təsir yaratmayacağını söyləyib. Marmara bölgəsindəki gərginliyin aşağı olduğunu ifadə edən professor risk altında olan bölgələri belə sıralayıb:
 
“Hazırda gərgin gördüyüm yerlər Midilli, Dikili, Foça, Karaburun, İzmir Körfəzinin qərb girişi, Gediz–Kütahya arası, Sarıgöl–Buldan–Sarayköy–Denizli xətti və Muğlada Köyceğiz–Ula–Ören–Bodrum–İstanköy arasıdır. Amma dəqiq araşdırma olmadığı üçün konkret vaxt demək doğru olmaz.”
 
İzmir üçün xəbərdarlıq
 
İzmirdən çoxlu sual aldığını bildirən professor şəhərin şimalını əhatə edən İzmir fay xəttinə diqqət çəkib:
 
“İzmirdə dağıdıcı zəlzələ gözlədiyimiz yer, İzmir çukurunun şimal sahilindən keçən İzmir çatıdır. Bu çay aktivləşsə, Bornova Ovası, Bayraklı, Karşıyaka, Alaybey və Çiğli bölgələrində ciddi dağıntılar ola bilər.”
 
Professor 2023-cü il, 6 fevralda baş verən zəlzələnin dağıtdığı şəhərlər barədə də danışıb: “Bu zəlzələnin Gaziantep, Adıyaman, Kahramanmaraş, Hatay, Adana, Elazığ və Malatyada hər hansı bir təsiri olmaz.”
 
“Bir ildə Türkiyəni zəlzələyə qarşı ölümsüz edə bilərəm”
 
Zəlzələlərin qarşısını almağın mümkün olmadığını, amma təsirlərinin azaldıla biləcəyini vurğulayan proffesor, “Səlahiyyət verilsə, bir il içində bütün Türkiyədə zəlzələlərin ölümsüz keçməsini təmin edə bilərəm” sözləri ilə fikrini tamamlayıb. 
Link kopyalandı!
Son xəbərlər