Bizi sosial şəbəkələrdən izləyin:
“İstintaq orqanları lazım bildikləri təqdirdə və vaxtda yəqin ki, rəsmi məlumat verərlər. Bununla belə...”
“Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məlum cinayət maddələri ilə məsuliyyətə cəlb edilməsi və məhkəmənin qərarı ilə barəsində həbs qəti-imkan tədbirinin seçilməsi barədə müvafiq qurumların rəsmi məlumat yaymaması belə bir halın olmadığı anlamını vermir"
Bu qısa açıqlamanı Moderator.az-ın “Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi və həbsi haqda 15 gündür ki, yalnız media və parlament danışır. Bəs rəsmi icra strukturlarının bu mövzuda özlərinin rəsmi saytlarında, eləcə də rəsmi mətbuat vasitəsilə açıqlaması niyə ləngiyir?” sualını cavablandıran politoloq Əli Orucov verib.
“İstintaq orqanları lazım bildikləri təqdirdə və vaxtda yəqin ki, rəsmi məlumat verərlər. Bununla belə, mən hesab etmirəm ki, Ramiz Mehdiyevin ev dustağı olması barədə cəmiyyətdə hansısa çaşqınlıq olsun. Fakt odur ki, nun barəsində müzakirələr hələ də gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır”, -deyə davamında politoloq vurğulayıb.