Ekskluziv
1687
09:09, Bu gün

"Sən məndən yaxşı oğlansan?!"- Paşinyan kimə belə dedi?..

“Paşinyana yaxın mənbələrin bildirdiyinə görə, bazar günü axşam o, çağırışına məhəl qoymayan və onunla liturgiyada iştirak məqsədilə Hovhannavank kilsəsinə getmək əvəzinə, bazar gününün dadını çıxarmaq üçün evdə qalan nazirlərlə sərt danışıb".
 
Moderator.az xəbər verir ki, bunu “İravunk” qəzeti yazıb.
 
Həmin məlumata görə, Ermənistan baş naziri fikirlərini təxminən belə ifadə edib: “Sən məndən yaxşı oğlansan, sakitlikdən həzz alıb, məsləhətlərimə məhəl qoymursan?"
 
Məlumata görə, o, “qanun pozanlara” irad bildirərək “Baxın, bu, sizin seçiminizdir, amma inciməyin”,- deyə xəbərdarlıq edib.
Link kopyalandı!
Son xəbərlər