General Kelloqun qızı Kremli mühafizə edənləri gülüş hədəfinə çevirdi...-FOTO
Ekskluziv
893
07:00, Bu gün

General Kelloqun qızı Kremli mühafizə edənləri gülüş hədəfinə çevirdi...-FOTO

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun qızı Meqan Mobbs Kremli qoruduğu iddia edilən Rusiya mobil atəş dəstəsinin fotosunu lağa qoyub.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, o, reaksiyasını 27 oktyabr bazar ertəsi günü "X" sosial media şəbəkəsində paylaşıb.
 
"Dayanın. Məni əmin edirdilər ki, Rusiya supergücdür. "Kiyevin üç gündə tutulması" Moskvanı müdafiə edən iki taxtabaşa çevrildi. Ayıbdır", - deyə Mobbs yazıb.
 
Sözügedən foto Kremlə bağlı sosial media qrupları tərəfindən 26 oktyabrdan bir gün əvvəl yayılıb. Şəkildə Kremlin yaxınlığında mobil atəş dəstəsi kimi təqdim edilən avtomobilin yanında iki silahlı kişi görünür.
 
Şəkil tez bir zamanda internetdə yayılaraq "iki nəfərin qoruduğu supergüc" haqqında istehzalı şərhlər və zarafatlar dalğasına səbəb olub.
 
Daha əvvəl "OSINT" analitikləri Rusiya paytaxtı ətrafında hava hücumundan müdafiə mövqelərinin sayında kəskin artım aşkar ediblər. Son iki ay ərzində Moskvanın 50 kilometr radiusunda ən azı 21 yeni mövqe peyda olub.
 
Həmçinin, xatırladılır ki, 26 oktyabr bazar günü axşamı Rusiya paytaxtına dronlar hücum edib. Şahidlər Moskva üzərində tüstü buludlarının göründüyünü bildiriblər...
Link kopyalandı!
Son xəbərlər