“Müasir dövrün elmi-texnoloji yenilikləri ilə milli-mənəvi dəyərlərimizi birəşdirməyi bacarmalıyıq”
Ekskluziv
515
18:07, Bu gün

“Müasir dövrün elmi-texnoloji yenilikləri ilə milli-mənəvi dəyərlərimizi birəşdirməyi bacarmalıyıq”

“Biz dövlət və xalq olaraq var olmaq üçün XXI əsrin çağırışlarına cavab verməli, müasir dövrün elmi-texnoloji yenilikləri ilə milli-mənəvi dəyərlərimizi birəşdirməyi bacarmalıyıq”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, bu, xalqımızın və dövlətimizin varlığını qoruyub saxlamaq üçün vacibdir:

“Biz xalq və dövlət olaraq öz varlğımızı qoruyub saxlamalı, inkişaf etdirməli, gələcəyə doğru qətiyyətlə addımlamalıyıq. Bunun üçün bizim yalnız müasir elmi biliklərə, texnologiyaya sahib olmağımız yetərli deyil. Biz bütün bunlarla yanaşı, həm də öz milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, bu dəyərləri qorumalı, bunu gələcək nəsillərə çatdırmalıyıq. Yalnız belə olan halda sabaha inamla addımlaya, bütün çətinliklərin öhdəsindən qətiyyətlə gələ bilərik”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər