Məcburi köçkün rejissorun yataqxanadakı otağında yaşam hüququ bərpa edildi...
Ekskluziv
484
16:16, Bu gün

Məcburi köçkün rejissorun yataqxanadakı otağında yaşam hüququ bərpa edildi...

Gənc Tamaşaçılar Teatrının rejissoru, Cəbrayıl rayonundan məcburi köçkün Gülnar Hacıyevanın 1 aydan çox öncə Dillər Universitetinin yataqxanasında məskunlaşdığı otağından qanunsuz şəkildə zorla çıxarılması və otağa plomb vurulması haqda olay.az saytına istinadla məlumat vermişdik.
Bu dəqiqələrdə Gülnar Hacıyevanın özündən aldığımız məlumata görə, məsələnin mediada ictimailəşməsi, dostların və əlaqədar qurumların hərəkətə keçməsindən sonra, nəhayət, məcburi köçkün rejissorun yataqxanadakı otağında yaşam hüququ bərpa edilib...
 
Gülnar xanıma tezliklə doğma Cəbrayılda da haqq etdiyi ocaq sahibi olmağı arzu edirik.
Ümid edirik ki, bundan sonra bəzi qurumlar vətəndaşların, o cümlədən məcburi köçkünlərin yaşam hüquqlarını tapdalamaqdan  çəkinəcək.
 
Moderator.az 
 
Link kopyalandı!
Son xəbərlər