“Aygünün qızı atası ilə görüşmür, zəngləşir, amma bibiləri gəlir” - FOTO + ÖZƏL
Ekskluziv
1376
10:42, Bu gün

“Aygünün qızı atası ilə görüşmür, zəngləşir, amma bibiləri gəlir” - FOTO + ÖZƏL

“Aygün öz adına musiqi məktəbi açmaq istəyirdi”
 
“Sənətimi davam etdirirəm. Düzdür, bir az həvəsdən düşmüşəm, amma yenə də hər şeyə inad ayaqdayam. Daha çox sosial şəbəkələrdə ifa etdiklərimi paylaşıram. Aygünün iki mahnısını tapıb ifa etmişəm. Birinin bəstəkarı Cavanşir Quliyevdir. Biri də Zeynəb Xanlarovanın repertuarındandır. Onu da zamanında Aygün ifa edib. Xanım sənətkarlarımızdan mənəvi dəstək görürəm. Amma maddi tərəfdən təkcə həyat yoldaşım məni dəstəkləyir. Deyir ki, həmişə yanındayam. Mən toylara çox az gedirəm. İldə 5-6 toy ancaq olur. Əslində bir o qədər də ehtiyacım yoxdur. Evə bağlı qadınam. Uşaqlarımla vaxt keçirməyi sevirəm. Buna görə də gəlirim yüksək deyil. Bacardığımı edirəm. Hələ bir çox mahnılar var ki, oxuyacam. O mahnıların əksəriyyətini Aygün nə efirlərdə, nə də radiolarda ifa edib. Həmin mahnıları xalqa çatdırmaq istəyirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Aygün Bəylərin bacısı Zümrüd Hümmətova deyib.
 
O daha sonra əlavəe dib:
 
“Aygünün yeri nəinki öləndən sonra, sağ olanda da boş qalmışdı. Niyə? Çünki bizim dəyərli sənətkarlarımız efirlərə çıxmır, gündəm olmurdular. Mənim üçün, Aygünsevərlər üçün bu gün böyük boşluqlar yaranıb. Sənətkarlarımız efirə çıxanda gözümüz Aygünü də axtarır. Aygün “Mehriban” simfoniyası yazmışdı. 5 il olardı ki, bu əsərin üzərində işləyirdi. Onu konsertində də təqdim etdi. Ən böyük arzusu idi ki, bu simfonik əsər musiqi məktəblərində dərsliyə salınsın, şagirdlərə öyrədilsin. Hətta öz adına musiqi məktəbi də açmaq istəyirdi. Çox istərdim ki, Aygünün arzusu yerinə yetsin”.
 
Zümrüd xanım Aygün Bəylərin qızından da danışıb:
 
“Canan yaxşıdır. O şəhərdə qalır, öz evindədir. Dərsə gedir, axşam saat 4-5 üçün evdə olur. Əlaqəmiz var. Bibiləri ildə 1-2 dəfə gəlib gedirlər. Atası gələ bilmir. Nəsə problemi var. Atası mənimlə əlaqə saxlayır, soruşur. Maraqlanır, niyə maraqlanmasın ki? Aygün heç vaxt şəxsi həyatını danışmazdı, sevmirdi hər şeyi camaat bilsin”.
Link kopyalandı!
Son xəbərlər