ABŞ son 6 ildə kosmik qüvvələri sürətlə inkişaf etdirməkdə, kosmosda “görünməz cəbhə xətti”ni genişləndirməkdədir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşr bildirib ki, son illər dünyada hərbi qarşıdurmalaırn artması, yüksək texnologiyaların mühahribələrdə geniş tətbiqi, eləcə də Çin, Rusiya və digər ölkələrin kosmosda möhkəmlənmək cəhdi kosmosda güclənməyi zərurətə çevirib. Kosmos uğrunda mübarizə “kosmik cəbhə xətti” anlayışını da özü ilə birlikdə gətirib .
Nəşr bildirib ki, artıq quru əməliyyatlarının taleyi getdikcə daha çox kosmik kəşfiyyatdan asılı olmağa başlayıb. Bunu Rusiya-Ukrayna müharibəsi də sübut etməkdədir. Kosmosda üstünlük hər bir ölkəyə Yer kürəsindəki hər bir hərəkətliliyi dəqiqliklə izləməyə, hadisə və proseslərin gedişatını qabaqcadan müəyyən etməyə və onların gedişatını əhəmiyyətli dərəcədə dəyişməyə imkan verir. Bu baxımdan nəşr hesab edir ki, yaxın gələcəkdə kosmik üstünlüyə malik dövlətlərin torpaq üzərindəki üstünlüyü daha da artacaq.
Seymur ƏLİYEV