Ermənistanın bu addımı İlham Əliyevin nə qədər haqlı olduğunu bir daha təsdiqləmiş oldu...
Ekskluziv
285
00:05, Bu gün

Ermənistanın bu addımı İlham Əliyevin nə qədər haqlı olduğunu bir daha təsdiqləmiş oldu...

Ermənistann müdafiə naziri Suren Papikyan İctimai Televiziyaya müsahibəsində ölkəsinin hərbi təchizatı ilə bağlı maraqlı fikirlər səsləndirib. Papikyan qeyd edib ki, Ermənistan silah təchizatının şaxələnməsi problemini həll edib. Yəni İrəvan artıq bir ölkədən deyil, bir neçə ölkədən silah idxalını həyata keçirir.

Bundan başqa, Ermənistanın müdafiə naziri daxili hərbi sənayenin də sürətlə inkiaşf etdirildiyini vurğulayıb. O, qeyd edib ki, “Ermənistan silah sistemlərinin xarici bazarlarda rəqabətə davamlı olmasını təmin etmək üçün əlimizdən gələni etməliyik”.

Papikyanın bəyanatından da göründüyü kimi, Ermənistan sülh mətninin paraflanmasından sonra da öz hərbi arsenalını sürətlə artırmaqda, inkişaf etdirməkdə, şaxələndirməkdədir. Bu isə istər-istəməz bir sualı aktuallaşdırır: Sosial-iqtisadi böhran içərisində boğulan Ermənistanın hərbi təchizatına bu qədər önəm verməsinə, ordusunu moderrnləşdirmək üçün milyonlar sərf etməsinə səbəb nədir?

Bu, hər şeydən öncə Ermənistanın sürətlə silahlanma siyasətindən imtina etmədiyini, əksinə, bu siyasəti daha da gücləndirdiyini göstərir. Papikyanın bəyanatı göstərir ki, İrəvan dəfələrlə  Azərbaycanın hərbi-iqtisadi potensialının Ermənistandan olduqca böyük olduğunu və Azərbaycanı üstələməyin mümkünsüzlüyünü dilə gətirməsinə baxmayaraq, yenə də silahlanma prosesini davam etdirməkdədir. Bu fakt Prezident İlham Əliyevin müdafiə və təhlükəsizlik xərclərini niyə artırdığını, ordunun döyüş hazırlığının yüksəldilməsinə, texniki təchizatının daha da yaxşılaşmasına niyə bu qədər  böyük önəm verdiyini izah edir. Ermənistanın bu addımı sübut edir ki, Azərbaycan öz hərbi büdcəsini artırmaqda, hərbi-sənaye kompleksini inkişaf etdirməklə yanaşı, qabaqcıl ölkələrdən müasir silahlar almaqda son dərəcə haqlıdır.

Bəli, biz sülh istəyirik və bizim bütün addımlarımız sülhə xidmət edir. Lakin elə bu arzu Azərbaycanı daim müharibəyə hazır olmasını zəruri edir. Məşhur kəlamda deyildiyi kimi: Sülh istəyirsənsə müharibəyə hazır olmalısan!

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər