Ukraynadan şok: Bu dronlar operator nəzarəti olmadan da hədəfi məhv edir!
Ekskluziv
1079
13:33, Bu gün

Ukraynadan şok: Bu dronlar operator nəzarəti olmadan da hədəfi məhv edir!

Rusiya ilə müharibə fonunda dünya hərb tarixinə bir sıra yeniliklər gətirən Ukrayna, uğurlarını sürətlə artırmaqdadır.

Moderator.az xəbər verir ki, Ukrayna ordusunda süni intellektin geniş şəkildə tətbiqi müasir hərb tarixində ciddi dəyişikliyə yol açıb. Belə ki, Ukrayna bir sıra dronlara süni intellekt tətbiq edib ki, bu da elektron müharibə sistemləri dronlar üzərində operator nəzarətini pozduqda belə zərbələrin uğurlu olmasına imkan verir.

Bu yenilik müəyənləşdirilən hədəfləri effektiv şəkildə məhv etməklə yanaşı, dronlara qarşı elektron mübarizə sistemlərini də böyük ölçüdə əhəmiyyətsiz edir. Çünki bu qəbildən olan dronlar operator nəzarəti olmadan da öz missiyasını müvəffəqiyyətlə yerinə yetirməyi bacarır.

Bunu da qeyd edək ki, həm Rusiya, həm də Ukrayna dron istehsalını sürətlə artırmaqdadır. Məlumata görə Ukrayna 2024-cü ildə 1,5 milyondan çox FPV dron istehsal edib. Prezident Vladimir Putin də daxil olmaqla Rusiya mənbələri ölkələrinin 2024-cü ildə müxtəlif növ 1,5 milyondan çox dron istehsal etdiyini bildirib.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər