Rusiya XİN sözçüsü Mariya Zaxarova ŞOKA DÜŞDÜ...
Ekskluziv
489
13:03, Bu gün

Rusiya XİN sözçüsü Mariya Zaxarova ŞOKA DÜŞDÜ...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda qondarma  "erməni soyqırımı" tarixinin müqəddəs olmaqdan çıxmasından şoka düşdüyünü bildirib və bəzi erməni siyasətçilərinin bu mövzudan imtina etmək ehtimalını müzakirə etməyə başladığını qeyd edib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Aysror" nəşri Rusiya hökumət mediasına istinadla məlumat yayıb.
 
"Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün sözün əsl mənasında yoxa çıxırlar. Çünki onlar özləri üçün həqiqətən müqəddəs olana və olmalı olana xəyanət edirlər.
 
Baxın, zahirən müqəddəs görünən tarixin, o cümlədən Erməni Soyqırımı(qondarma və dırnaqrası- S.L.) ilə bağlı tarixə əsaslanan müqəddəs fəlsəfənin bir çox erməni ictimai xadimlərinin və dövlət xadimlərinin təfsirində birdən-birə sadəcə olaraq tərk edilə biləcək bir növ siyasi amilə çevrilməsi məni sadəcə şoka saldı. Təsəvvür edə bilərsinizmi?", - deyə Zaxarova mediaya açıqlamasında bildirib.
 
Rusiya XİN təmsilçisi "bəzi şeylərin həqiqətən toxunulmaz və müqəddəs olduğunu vurğulayıb, çünki onlar çox sayda insanın həyatına başa gəlib".
 
P.S. Göründüyü kimi, Rusiya XİN rəsmisinin bu bəyanatı açıq şəkildə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, iki ölkə sərhədlərinin açılması  və diplomatik əlaqələrin rəsmən bərpasına qarşı yönəlib.
Link kopyalandı!
Son xəbərlər