İrəvanda daşnak liderin oğlu separatçı
Ekskluziv
735
07:30, Bu gün

İrəvanda daşnak liderin oğlu separatçı "prezident"lərdən birinin bağışladığı tapança ilə özünü güllələdi...

Oktyabrın 24-də İrəvanda növbəti dəfə güllə səsləri eşidilib. Saat 22:50 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin İcma Polis Baş İdarəsinin Arabkir şöbəsinə Papazyan 21-ci binanın həyətində atəş açıldığı, xəsarət alanların olması barədə əməliyyat məlumatı daxil olub.
Moderator.az xəbər verir ki , Shamshyan.com-un yaydığı məlumat agörə, Arabkir polis şöbəsinə xəstəxanadan bir nəfərin güllə yarası ilə qeyd olunan yerdən xəstəxanaya aparıldığı barədə həyəcan siqnalı daxil olub.
 
Hadisə yerində polis əməkdaşları və patrul əməkdaşları tapança, qan izləri və 1 ədəd patron aşkar ediblər.
 
NEWS.am-ın məlumatına görə, Papazyan küçəsindən güllə yarası ilə xəstəxanaya çatdırılan şəxs "Daşnaksütyun" partiyasının eks-liderlərindən biri-  Hrant Marqaryanın oğludur.  Onun intihara cəhd etdiyi və hazırda xəstəxanada olduğu bildirilir.

Jurnalist Qaqik Şamşyanın sözlərinə görə, onun intihara cəhd etdiyi silah Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin qondarma "prezident"lərindən birinin ona verdiyi hədiyyə olub.

"Armlur" un məlumatına görə , güllə yarası ilə xəstəxanaya çatdırılan kişinin boğaz yarası var. Onun vəziyyəti çox ağırdır və Birinci Universitet Xəstəxanasının həkimləri gəncin həyatı üçün mübarizə aparır.

Moderator.az-ın araşdırmasından bəlli olub ki,  bəzi saytlar onun "Daşnaksütun" bürosunun indiki, bəziləri keçmiş üzvü olduğunu yazsa da, Hrant Marqaryan  "Daşnaksütyun"un ən fəal liderlərindən sayılır. O, Xocalı canisi, terrorçu eks-prezidebt Serj Sərkisyanla çox yaxın olub.  2016-cı ildə H.Marqaryan Xankəndində olub, o vaxtkı separatçı "prezident" Bako Saakyan və "Daşnaksütyun"un Qarabağ ofisini rəhbəri David İşxanyanla görüşüb. Hər iki separatçı hazırda Bakıda həbsdədir...

S.Laçın

Link kopyalandı!
Son xəbərlər