“Sosial şəbəkələrdə bir-birimizi söymək əvəzinə tariximizi və taleyimizi müzakirə etməliyik”
Ekskluziv
690
17:48, Bu gün

“Sosial şəbəkələrdə bir-birimizi söymək əvəzinə tariximizi və taleyimizi müzakirə etməliyik”

“Sosial şəbəkələrdə bir-birimizi söymək əvəzinə tariximizi və taleyimizi müzakirə etməliyik. Bizim üçün faydalı olan, gərəkli olan məhz budur”.

Bu sözləri Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, sosial şəbəkələrdən tariximizin və dilimizin təbliğində daha çox istifadə etməliyik:

“Sosial şəbəkələr demək olar ki, hər kəsin istifadə etdiyi geniş təbliğat-informasiya məkanıdır. Biz bu məkandan xalqımızın və dövlətimizin gələcəyi baxımından düzgün istifadə etməli, tariximiz, taleyimiz, keçmişimiz və gələcəyimizlə bağlı fikir mübadiləsi aparmalıyıq. Biz sosial şəbəkələrin imkanlarından istifadə edərək öz qəhrəmanlarımızı, şəhdilərimizi, keçdiyimiz tarixi yolu gənc nəsillərə tanıtmalıyıq. Bizim sosial şəbəkələr vasitəsilə etməli olduğumuz iş bundan ibarətdir.

Ancaq təəssüflər olsun ki, bəzi hallarda biz tamam başqa reallıqlara şahid oluruq. Sosial şəbəkələr bəzən söyüş, dava-dalaş, ittiham meydanında çevrilir ki, bu da bizə müsbət heç nə vermir”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər