Putinin bu qərarının Azərbaycana hansısa təsiri olacaqmı?..- Politoloq izah edir...
Ekskluziv
1370
17:17, Bu gün

Putinin bu qərarının Azərbaycana hansısa təsiri olacaqmı?..- Politoloq izah edir...

  “Sadəcə Rusiya-Ukrayna müharibəsi fonunda Kreml indi belə bir qərar verməklə digər qonşu dövlətlərə də faktiki bir əzələ nümayişi göstərir. Sanki demək istəyir ki...”
 
Xəbər verildiyi kimi, işğalçı Rusiya diktatoru Vladimir Putin Nikolay Udoviçenkonu Rusiya Federasiyasının MDB-nin qonşu dövlətləri ilə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib. Putin həmçinin Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Udoviçenkonu Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri təyin edib. Bəs görəsən, Kremldən gələn bu qərarın Azərbaycana hər hansı bir formada təsiri ola bilərmi?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bu fikirləri dilə gətirib:
 
“Bu məsələnin Azərbaycana hər hansı bir təsiri olacağını zənn etmirəm. Çünki zatən Rusiya ilə Azərbaycan arasında demarkasiya və delimitasiya işləri tamamlanıb və quru sərhədləri tam müəyyənləşib. Xəzərin statusu ilə bağlı da qərar verilib.  Yəni bu məsələdə də Moskva ilə Bakı arasında  ciddi bir fikir ayrılığı yoxdur. Bir sözlə, Putinin bu qərarının Azərbaycana bir dəxli olduğunu düşünmürəm.  Sadəcə Rusiya-Ukrayna müharibəsi fonunda Kreml indi belə bir qərar verməklə digər qonşu dövlətlərə də faktiki bir əzələ nümayişi göstərir. Sanki demək istəyir ki, digər qonşu ölkələrlə də sərhədlərin müəyyənləşməsi, başqa sözlə, ərazilərlə bağlı problem var. Bu baxımdan sözügedən qərarın hədəfi daha çox Qazaxıstan ola bilər. Çünki ara-sıra Rusiya rəsmiləri bu ölkənin də ünvanına hədələr səsləndirirlər...”
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər