Ukrayna hökuməti ordunun hərbi texnika ilə təchizatını Rusiya ilə müharibənin temp və miqyasına uyğun təşkil etmək üçün unikal usula əl atıb.
Moderator.az xəbər verir ki, hökumət hərbi hissələri keyfiyyətli texnika ilə vaxtında təmin etmək üçün komandirlərə bu texnikanı bilavasitə seçmək və almaq səkahiyyəti verib. Belə ki, ön xətdəki komandirlər rəqəmsal dron bazarına baxaraq istədikləri dronu istehsalçıya birbaşa sifariş edir, bu texnikaların onlayn alşını həyata keçirirlər. “Brave 1” adanan rəqəmsal tədarük sistemi Ukraynaya heç bir əlavə vaxt itirmədən, bürokratik əngəllərlə məruz qalmadan ordunu ən qısa zamanda ən keyfiyətli silahlarla təmin etməyə imkan verir.
Ukraynadakı məlum sistemin tədqiqini həyata keçirən Qərb ölkələri şahid olduqlarından heyrətə gəldiklərini bildiriblər. Bəzi Qərb dövlətləri hesab edir ki, Ukraynadakı bu sistem dünya hərb tarixində ordunun etibarlı silahlarla sürətli şəkildə təmin edən ən ideal sistemdir və bu sistemin vaxt itirmədən Avropa dövlətlərində də tətbiqinə ciddi ehtiyac var.
Seymur ƏLİYEV