Xəsis
Ekskluziv
792
23 Oct 2025 | 15:31

Xəsis

Fərhad xəstəxananın  önündə  dayanıb, siqaret cəkirdi. Sinəsinə  çəkdiyi  tüstü sanki ciyərlərini  yandırırdı.Nə  düşündüyünü özü  də  bilmirdi.  Burula -burula   uzaqlaşan  tüstüyə baxıb, dumanın  içində xatirələri ilə  uzaqlara  getmişdi. Qarlı –çovğunlu qış günündə institutun həyətində  qəfil  ayağı  sürüşüb  yerə yıxılan qıza  yardıma  getdiyini xatırlayırdı.  Gözünün  önündə şappıltı  ilə  yerə  dəyən  qızın  yanına  qaçıb ,yardım  etmək  əvəzinə  donub yerində qalmışdı . Qız mələk kimi gözəl idi. Qarın üzərinə tökülmüş zil qara saçları sanki   atlaz  idi.Yaşla  dolmuş qara  gözləri  ağ  üzündə  parıldayan  bir çüt ulduza  bənzəyirdi. Özünü  qızın yanına  atıb  qaldırmağa çəhd  etsə  də mümkün olmadı. Qız  ağrıdan  qovrulub ağlayırdı.Taksi  çağırdı, qızı   yerdən  götürüb qucağına  aldı.  Taksi ilə  xəstəxanaya apardı.Topuğu  çatlamış qıza  yardım  edib  ,özü  xəstəliyə  tutuldu.  Qız   gözünün  önündən  çəkilmirdi. Qolunun  üstündən az  qala  yerə  dəyənə qədər tökülən  qara saçlarını  unuda  bilmirdi.  Gözü  qolunda  qalmışdı.   Sanki orada  qızı  yenə  görəçəkmiş kimi  baxırdı.Bir də  ona  elə  gəlirdi ki, bu qızı  nə vaxtsa    görüb ,tanıyır. Qızı harada  gördüyünü  xatırlamasa da , ondan əl çəkə  bilmədi. Hər gün xəstəxanaya  yanına  getdi ,çıxanda gül  alıb  gəldi. Həmin  gündən  aylarla Aygünün  arxasınca  süründü.   Üzun çətinlikdən  sonra  istəyinə  nail  olub  , onunla  ailə  qurdu.  İki övladı gəldi  dünyaya.  Çox  xoşbəxt  idi. Oğlu  -qızı böyüyüb alı məktəbdə  təhsil  alırdı. Bu  illər  ərzində  bir  dəfə  olsun  aralarında  söz -  söhbət  olmadı.  Bu  sabah da  şad -  xürrəm evdən çıxb birgə  işə  gəlmişdilər .  Yol boyü  Aygün  həmişəki  kimi ailə  -məişiət  qayğılarından , ailənin problemlərindən  danışıb haqhesab etmişdi.   Onun  maşından  düşəndə ayağını  saxlayıb  yenidən  başını  içəri  salıb, vidalaşmağı   Fərhadın  gözünün  önündən  çəkilmirdi.  Mat  qalmışdı . Aygündən  ayrılandan  cəmi  bir  saat  sonra  zəng  edib,  onun  əlində  tabaşir   lövhənin  önündə  yıxıldığını  demişdilər.   Hələ  də  qulağına  inana bilmirdi.  Həmin  dəqiqədən  Aygünü  ilk  dəfə  gördüyü   günü xatırlayırdı.  Xəbəri  eşidən  kimi   maşına oturub  gəlməyinə  baxmayaraq , o  gələndə  artəq  təcili  yardım  maşını  qadını   aparmışdı.  Xəstəxanaya   nəfəsi  kəsilə - kəsilə gəldi.   Eşitdiyi  xəbərdən  az  qala  ürəyi dayanırdı, donub  qalmışdı,  söz   başına  çatmırdı.  Aygünün  ürəyinin dayanmasına  inana  bilmirdi.  İndicə  qapının açılaçağını , tibb bacısının  ayıldı gəlin,- deməyini  gözləyirdi.  Fərhad  inansa da, inanmasa  da Aygün  artıq  yox idi. Kişi paramparça  olmuşdu. Bu   qəfil  hadisədən  dəhşətə  gəldi.  Ən pisi  o  idi ki,sevimli  həyat  yoldaşını  layiqincə  yola  sala bilmədi. Aylarla  üzü üztə yatıb özünə  gələ  bilmədi.  Onsuz  da  daim  sakitlik olan  evinə  indi  ölü  sükut  çökdü.  Fərhad uşaqlarını  deyil,uşaqları atasını  ovundurmağa çalışdı. Bir  təhər bu ağır   günləri yola  verdilər. Aylar,hətta  illər beləcə  ötdü.  Qohum - qardaş , dost -tanış israrla  Fərhada yenidən  evlən  ,deyib  əl  çəkmirdilər. Bu  sözü eşidən  kişi hirsindən  dil- dodağını  gəmirirdi. Bütün   dünyanı gəzsəm  Aygünü əvəz  edəcək  kimsə yoxdur,-  deyib  dururdu.  Evində  daim  davam  edən  sakitliyi  pozmaq fikri yox idi. Ömrünü onun   qoyduğu qayda-qanunla  və  xatirələri ilə  birgə başa  vurmaq  fikrində  idi.

 Aradan  bir neçə  il də  ötdü.    Böyük  qardaşının  təkidi  ilə yenidən ailə  qurdu.  Leyla  yaşı ötmüş , qaraşın, gözəl  olmasa da şirin  qız  idi. Fərhad  tənbehlərə təslim  olub  evlənsə  də qızı görməyə  gözü  yox idi. leylanı  evində  artıq  bilirdi.  Bəzən  tezliklə  çıxıb  gedəçəyinə  ümid  edirdi. Evdə əlini  hara  vursa   az  qala dəymə ,-deyə  bağırmaq istəyirdi . Düzdü üzdə  heç nə  bəlli etmirdi .  Bacarınca evə  gec gəlib , tez  gedirdi.Vacib olmasa onu  danışdirmırdı . Günləri  beleçə  susqunluqla  ötsə də,qızın   heç  yerə  getmək  fikri ,filan  yox  idi. Fərhad  məcbur  olub, yavaş -  yavaş  leyla ilə ünsiyyət  qurmalı  oldu . Ona   pul verib evin   lazımı  eytiyacını ödəməyi  tapşırdı. Üstüörtülü eyhamla   bazarlıqdan  Aygün kimi   pul artırıb toplamağı  da  vurğuladı. Elə həmin  gündən Fərhadın “qara”  günləri  başladı. Əslində   işdən  çıxıb  evə  gəlmək  istəməyən  kişi  ayaqlarını  sürüyə-  sürüyə  kefsiz  pillələri yuxarı  qalxarkən  evindən  gələn  gülüş  səslərinə   təəccüb etdi. İçəri  keçib başını  dəhlizdən  otağa  uzatdı. Masanın  üzəri  demək olar ki, qonaqlıq  süfrəsi kimi bəzədilmişdi. Mətbəxdən  ləzzətli yarpaq  dolmasının və  bişməkdə  olan şirin  çörəyin ətri  gəlirdi.  Leyla  uşaqları başına  yığıb jurnal  masasının  üzərində   kart oynayırdı.   Fərhadın  hirsindən  dili -dodağı titrədi.  Bu  nə  israfçıqdır?- deyə  düşündü.  Onu görən  leyla  dik atılıb  mətbəxə  keçdi.Fərhad  yuyunub  gələnə  qədər  yeməyi  gətirdi. O , hirsləndiyini üzə  vurmadan  masanın  arxasına  keçdi.  Yemək  çox ləzzətli  idi.  Doyunca  yeyib  dadlı piroqla  çay  içdi.  Gözucu uşaqların üzünə  baxdı.Gülnar  da, Elcin də  şən  görünürdü. Yeməklərdən  razı  qalsa  da ürəyinin  dərinliyində  oğlundan  ,qızından  incidi. Bu nə  səmimiyyətdir?- deyə  düşündü.   Bir  an ona elə gəldi , birləşib Aygünə  xəyanət  edirlər.  Heç  nə  demədən  otağına  uzanmağa  getdi .  Ürəyində  leylanı  israfçılığıa görə  danlamaq  istəsə  də üzü  gəlmədi . Sonra  deyərəm ,-deyə  düşünüb yuxuya  getdi.

 Ertəsi  gün  plovun ətrini  hələ pilləkənlərdə hiss etdi.Qapını açan Gülnarı  az  qala  tanımadı. Qızın  əynində  qəşəng  ev  paltarı ,ayağında yeni  başmağı  var  idi.   Plovun  ləzətli ətri  kişini məst  etdiyi  üçün Gulnara bir   söz demədən   hamama  yuyunmağa  keçdi.   Masa  arxasina  keçib ,otaqdan  təzə  idman  geyimində  çıxan  Elcini  görüb  təəccüb  etdi. Uşaqlar çox  şən  görünürdü .Fərhad bilmirdi  sevinsin, yoxsa  kədərlənsin.  Axı  Aygün  yemək  bişirmirdi,günləri  qatıq ,pendir , yumurta  yeməklə keçirdi.  O, təbii ,sağlam  qidanandıqlarını  söyləyirdi Bayramdan bayrama  ildə, ayda bir dəfə plov , dolma  bişirərdi. Evdə  heç kim  təzə  paltar  geyinə  bilməzdi.  Çöl  geyimləri  köhnəlib  əldən  düşəndə , narazı olsalar da ,evdə  onu  geyinərdilər.  Fərhad  onun  qayda-qanuna  öyrəşmişdi  və  bütün bunları çox  bəyənirdi.   Qadının  yalnız  bir  fikri var  idi. Pul  toplayaq, uşaqlarımızın  gələçəyi  var.  Əslində  o, yaxşı  qazanırdı.  Əlinin  altında işləyənlər yaxşı ev -eşiyə, maşına  sahib  idilər.  Fərhadın köhnə  bir maşını  var  idi.  Ər -arvad    tək bircə pul dəstəsini tamamlayıb,  üstünü  sarıyan  gün  xoşbəxt  olurdular . Yeni  pul  dəstəsini tamamlayıb üstünü  sarıyana  qədər üzlərindən  qayğı  tökülürdü.

  Fərhad  mütləq  leylanı  da  bu   çür  yaşamağa  alışdırmağa cəhd  edirdi.Aliş -verişə  qadağan qoymağına  baxmayaraq, qız  onu  yeni qaydalara  tabe etməyə  başladı.  O, Fərhadın özündən  başladı. İsrarla məcbur  edib  yeni  maşın  və təzə geyimlər  aldırdı. Leylanın  hər  gün  tapdığı  yeniliklər Fərhadın  başını  elə  qatmışdı  ki, qızdan  zəhləsi  getdiyini  unutmuşdu.   Gülnarın  sacına  ,geyiminə əl  gəzdirib , qızı ərə  vermək  lazımdır ,-  deyirdi.  Fərhaddan  israrla  Elcinə  iş  axtarmağı  tələb  edirdi.   Leylaya  bacı ,- deyə  müraciət  edən Gülnarla  ,Elcinin  üzündən  xoşbəxtlik  yağırdı.   Heç  vaxt  evindən  səs - səmir  gəlmədiyinə  görə  fəxr  edən  kişi  indi  pilləkənləri  qalxarkən  evdən  gələn  gülüş, musiqi  səsinə  və  və ləzzətli  yemək  ətrinə öyrəşməyə  başladı. Hər  dəfə  də  vicdanı  sizildayıb  Aygünə xəyənət  etdiyini  düşünürdü .Bunu  günbəgün  pardaqlanan  uşaqlarına  bağışlaya  bilmirdi.Bəzən  ürəyinin  dərinliyində uşaqların  leylanı  Aygündən  çox  istədiyini  düşünüb  məyus   olurdu.  Bir-iki dəfə  hirslənib uşaqların  gələçəyinə  pul  toplamaq  lazım  olduğunu  söylədi.  Lakin  Leylanın verdiyi  cavab  onu  günlərlə  düşünməyə  məcbur  etdi.  Qız  gülümsünüb :bu  yazıqların oyuncaqsız  keçən  uşaqlıqları,nimdaş paltarlı  gənclikləri olandan  sonra  ,qocalıqda pul  nəylərinə  lazımdır?  Söz  Fərhada  güllə kimi  dəysə  də  həqiqət  bu idi.  Aygün oyuncaq  almağı  ağlına  da  gətirmirdi. Həqiqətən   nimdaş  paltar geyinərdilər. Həmişə  yaxşı pul  qazanmışdı.  Bir  an  keçmiş  günləri xatırladı. Pulu  ola -ola  niyə  elə  kasıbçılıq içində  yaşadığına  məətəl  qalmışdı.  Bankda  minlərlə  pulu  var  idi.  Bu   həyat  tərzi  ,təzə  maşını, Leylanın  zövqlə  alıb  geyindirdiyi  paltarlar  özünə  də xoş gəlirdi.  Xərci  çıxsa  da    Elcini işə  qoymuşdu. Oğlan kişiləşib dəyişmişdi.  Fərhad  bütün  bunları  görsə  də odla  su  arasında  qalmışdı.  Günlərlə düşünüb  baş  sındırıb, Aygünə  haqq  qazandırmaq  isrəyirdi, amma  bacarmırdı. Nə olur olsun  əgər imkan  varsa  indiki  kimi yaşmaq lazım  olduğunu  düşünürdü.  Axır  vaxtlar  Leyla yenə  qaynayırdı.  Fərhad  nə  olduğunu anlamasa da Gülnarın  gül  kimi  açıldığı  gözündən  yayınmırdı. Bəzən  bu  pardaqlanmağın  səbəbini  qızın  geyindiyi  təzə paltarlarda  görsə  də, Leylanın  verdiyi  xəbər hər  şeyə aydınlıq  gətirdi.O, Gülnarın  elcilərindən danışırdı.

 Bir  aydan sonra Fərhad  Gülnarın  elciləri üçün  açılan masaya  baxıb leylaya dönə  - dönə  minnətdarlıq  etdi .   Çox  sevinirdi, ömründə  birinci  dəfə  evində  qohum -qardaşı  ilə  bol süfrəli  masanın  arxasında  oturmuşdu. Elcilərə  razılıq  verib  yola  salandan  sonra  Gülnarın  otağına  keçib  qızını  təbrik  etdi.  Yazı  masasına  yaxınlaşıb  Aygünün  şəklini  əlinə  götürdü. Şəklə  uzun  -uzadı  baxıb   gözün  aydın ,- dedi. Ətrafa boylanıb Gülnarın  da  eşitməyini  istəmədiyi  üçün dodağının  altında pıçıldadı: Yaşamağı  niyə bacarmadın,Əzizim?!

Dərya Qılıc (Nailə)

Link kopyalandı!
Son xəbərlər