Ermənistanın revanşist dairələri İrəvana getmiş bu azərbaycanlı xanımı hədəfə aldı...-FOTO
Ekskluziv
1948
09:57, Bu gün

Ermənistanın revanşist dairələri İrəvana getmiş bu azərbaycanlı xanımı hədəfə aldı...-FOTO

“Ermənistana gələn azərbaycanlı ekspertlər qrupuna artsaxın blokadasında iştirak etmiş “ekoloji fəal” Dilarə Əfəndiyeva da var.”
 
Moderator.az xəbər verir ki, bunu azı son 7 ilin təhlillərinə görə Ermənistanın revanşist, rusiyapərəst dairələrinə, o cümlədən terrorçu eks-prezident, Xocalı canisi Robert Köçəryanın lideri olduğu "Hayastan" siyasi blokuna xidmət edən və onlr tərəfindən maliyyələşdirilən tert.am nəşri fip.am saytına istinadla yazır.
 
“Əfəndiyeva hələ 2022-ci ilin dekabrında azərbaycanlı qondarma “ekoloji fəallar” o vaxt Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizinin qarşısını kəsəndə “Fakt Yoxlama Platforması”nın diqqətinə düşüb. Əfəndiyeva dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin blokadasında “ekoloji fəal” kimi şəxsən iştirak edib”, -davamında revanşist nəşr belə yazır.
 
Qeyd edək ki,  söhbət Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyevadan gedir.
O, həqiqətən 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinədək azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunda o dövrdə Azərbaycanın işğal altında qalan ərazilərindəki əlvan metal yataqlarının qanunsuz istismarına qarşı keçirdikləri 138 günlük etiraz aksiyasında fəal iştirak edib.
 
Xatırladaq ki,  oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.
 
Azərbaycan nümayəndə heyətinin tərkibində 5 nəfər olub:
 
Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov,
 
Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, 
 
Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, 
 
“1news.az” xəbər portalının baş redaktoru Kəmalə Məmmədova.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər