Helloin ərəfəsində uşaqlara içində iynə olan konfetlər paylandı...- Polis nə etdi?..
Ekskluziv
884
08:18, Bu gün

Helloin ərəfəsində uşaqlara içində iynə olan konfetlər paylandı...- Polis nə etdi?..

"Uşaqlara orijinal qablaşdırmada olmayan hər hansı bir şeyi götürməmələri və xüsusən yeməmələrini söyləyin..."
 
Texas ştatının Santa- Fe şəhərində Helloin bayramı ərəfəsində məzuniyyət gecəsində uşaqlara içərisində tikiş iynələri olan konfet verildikdən sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
 
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, Santa-Fe Polis İdarəsinin məlumatına görə, iynə ilə doldurulmuş konfetlər ən azı üç müxtəlif evdə aşkare edilib. Açıqlamada səlahiyyətlilər valideynlərə şənlikdən sonra uşaqların evə gətirdiyi bütün şirniyyatları dərhal yoxlamaq barədə xəbərdarlıq edib.
 
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
 
Hadisə barədə ilk məlumat verənlərdən biri yerli sakin Ceremi Partin olub. Onun 18 yaşlı qızı evə qayıdarkən kiçik bacısının çantasından "kitaat" batonunu açıb və içərisində iynə aşkar edib.
 
O "Mən onu aşkar etdiyimə görə şadam, çünki... deyib, - Budur, iynə şokoladdan çıxır. Bu, təsadüfi deyildi. Bu, qəsdən idi”.
 
Ərzaq və dərmanlara  nəzarət idarəsi  valideynlərə tövsiyə verib:
 
"Uşaqlara orijinal qablaşdırmada olmayan hər hansı bir şeyi götürməmələri və xüsusən yeməmələrini söyləyin. Orijinal qablaşdırmada qeyri-adi görünüş və ya rəng dəyişiklikləri, kiçik pin dəlikləri və ya qablaşdırmada cırıqlar kimi saxtalaşdırma əlamətlərini yoxlayın. Şübhəli görünən hər şeyi atın."
 
Moderator.az-ın araşdırmasına bu, "Helloin bayramı" əndrəbadi tədbirlə bağlı baş verən ilk belə olay deyil. Bundan əvvəl 2019-cu ildə Kanadanın Barri şəhərində, 2021-ci ildə isə ABŞ-ın Ohayo ştatının Fostoriya şəhərində Helloin zamanı uşaqlara paylanmış şirniyyatların içərisindən iynələr aşkra edilib...
Link kopyalandı!
Son xəbərlər