Ukraynada “məğlubedilməzlik nöqtələri”nin sayı artır...
Ekskluziv
395
17:53, Bu gün

Ukraynada “məğlubedilməzlik nöqtələri”nin sayı artır...

Rusiyanın enerji infrastrukturuna endirdiyi çoxsaylı və ardıcıl zərbələr Ukraynada generatorların geniş tətbiqini zərurətə çevirib.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, dondurucu qışın yaxınlaşması generatorlara tələbatı sürətlə artırmaqdadır. Bunu nəzərə alan Ukrayna hökuməti kafe, mağaza, market, xəstəxana, hətta bəzi yaşayış binalarını generatorlar hesabına elektrik enerjisi ilə təmin etmək üçün ciddi addlmlar atır. Belə ki, Ukrayna hökuməti tərəfindən şəhərlərin bir çox yerlərində generatorlar vasitəsilə elektrik enerjisinin təminatı təşkil edilib ki, sakinlər bu yerləri “məğlubedilməzlik nöqtələri” adlandırır. Bu nöqtələrdən isinmək, telefon və digər elektron alətləri enerji ilə təchiz etmək və s. üçün istifadə edilir.

Mütəxəssislər isə hesab edir ki, qışın yaxınlaşması ilə Rusiya enerji infrastrukturuna zərbələri artıracaq ki, məqsəd ukraynalıların enerjiyə olan asılılığını artırmaq, onların qələbəyə olan inamını sarsıtmaqdır.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər