“Tamaşaçı komik filmlərə bilet alıb gedir, ona problem lazım deyil”-FOTO+ÖZƏL
Ekskluziv
610
15:31, Bu gün

“Tamaşaçı komik filmlərə bilet alıb gedir, ona problem lazım deyil”-FOTO+ÖZƏL

“Əsl sənətin, sənət əsərinin heç vaxt yaşı olmur. Vaxt olur ki, bir film çəkirsən, yaxud da çəkilirsən, o film illər sonra parlamağa başlayır və sənin rolun tamaşaçıların yadına düşür. Demək ki, həmin film o dövr üçün yox, bu gün üçün aktualdır. Bu gün tamaşaçıların əksəriyyəti komediya istəyir. Ciddi filmlərə heç kim bilet alıb getmir. Tamaşaçı fikirləşir ki, evdə problem, işdə problem, gedim kinoteatrda da problemə baxım? Bu əslində həmişə belə olub”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib. O daha sonra bildirib ki, aktyor bütün rollarda özünü sınamalıdır:


“Rejissor və aktyordan da çox şey asılıdır. Rejissor var ki, aktrisanı elə oynadar ki, tamaşaçı hiss etməz ki, ssenari zəifdir. Sovet dövründə belə bir tendensiya var idi ki, aktyorlar istəyirdilər ki, baş rollarda, əsas obraz və xarakterlərdə çıxış etsinlər. Yaxud da həmişə komik rollarda oynayan aktyor bu dəfə ciddi rolda çəkilmək istəyirdi. Boyu balaca olan aktyor rejissordan kral obrazı tələb edirdi. Əslində aktyorun peşəsi obrazdan-obraza, cilddən-cildə girməkdir. Bizdə bir aktyor ciddi rolda oynadısa, ona komik rol verilmir. O dəqiqə aktyoru ştamplayırlar. Mən kinoda hər zaman gözəl, geyimli-keçimli rollarda oynamamışam ki. Şəxsən mənim üçün xarakter obrazlar daha maraqlıdır. Niyə? Xarakter obrazda sən yadda qalırsan. Necə ki, həyatda da tam müsbət, ideal adam yoxdur. Hər müsbət obrazın da mənfi tərəfləri var. Biz tamaşaçılara bunu göstərməliyik” deyə xalq artisti bildirib.

Link kopyalandı!
Son xəbərlər