Bizi sosial şəbəkələrdən izləyin:
"Biz bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə Ermənistan ərazisindən tranzitini təmin etməyə hazırıq"
Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına görə, bunu baş nazir Nikol Paşinyan Tiflisdə davam edən İpək Yolu konfransı zamanı deyib.
"Ermənistanda Marqara-Yeqnadzor-Sisisan-Gorus marşrutu üzrə həm yollar, həm də sərhəd infrastrukturları buna hazırdır", - o qeyd edib.
"Siyasi baxımdan biz Naxçıvan Muxtar Respublikasından Azərbaycanın əsas hissəsinə və əksinə, Ermənistan ərazisindən tranziti təmin etməyə hazırıq, lakin infrastrukturun olmaması səbəbindən buna texniki baxımdan hələ hazır deyilik. Siyasi baxımdan da Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu tranzitini təmin etməyə, eləcə də Türkiyə ilə Azərbaycan arasında dəmir yolu xəttinin təmirinə və ya yenidən qurulmasına ehtiyac var.
"Mən inanıram və əminəm ki, bu texniki məsələlər növbəti iki-üç il ərzində həll olunacaq", - Paşinyan əlavə edib.
Qeyd edək ki, Ermənistan lideri eyni çıxışında bundan əvvəl Azərbaycan prezidentinin Astanada Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınmasına icazə verilməsi barədəki bəyanatıyla bağlı ona minnətdarlığını bildirib: “Bu, son dərəcə vacib addımdır və mən Azərbaycan prezidentinə bu qərarına görə minnətdarlığımı bildirirəm..."
S.Laçın