İsrail türmələrindən azad edilmiş 160 fələstinli milyonçu oldu...-Yəhudi KİV
Ekskluziv
644
08:08, Bu gün

İsrail türmələrindən azad edilmiş 160 fələstinli milyonçu oldu...-Yəhudi KİV

"İsraillə "HƏMAS" arasındakı razılaşmaya əsasən, “əlləri qan içində” olan 250 terrorçu azad edilib. Onların əksəriyyəti Fələstin Administrasiyasının böyük maaşları sayəsində həbsxanada varlanıblar".
 
Moderator.az xəbər verir ki, bunu İsrail mediası yazıb.
 
Qəzza müharibəsini sona çatdırmaq üçün razılaşma çərçivəsində İsrail həbsxanalarından bu yaxınlarda azad edilmiş, İsrailin "terrorçu" hesab etdiyi 250 fələstinlidən 160-ı Fələstin Administrasiyasının(FA) ödədiyi maaşları sayəsində milyonçuya çevrilib. Bu barədə məlumat İsrailin "PMW" (Palestinian Media Watch) təşkilatının hesabatında yer alıb.
 
FA qanunlarına görə, terror fəaliyyətində məhkum edilmiş və ya xəsarət alan hər bir terrorçu maaş və ailəsi üçün qrant almaq hüququna malikdir. Üstəlik, hücum zamanı öldürülən şəhidin ailəsi aylıq dəstək alır. "Terrorçu"nun cəza müddəti nə qədər uzun olsa, maaşları da bir o qədər yüksəkdir.
 
Hesabatda qeyd edilir ki, FA İsraildə ömürlük həbs cəzası çəkən və müqaviləyə əsasən azad edilən 250 fələstinliyə təxminən 70 milyon dollar ödəyib.
 
Qeyd edək ki, İsrail tərəfi fələstinlilərə ödənilmiş pulu İsrail valyutası hesabıyla milyonçu hesab edir. Məsələn, Cenin bölgəsində "İslami Cihad" komandiri olmuş İyad Əbu əl-Rub da milyonçular arasındadır.  O, israil tərəfindən 2003-cü ilin iyununda Sde-Trumotda intihar hücumunu, 2004-cü ilin fevralında Təl-Əvivdəki "Stage" klubunda intihar hücumunu, 2005-ci ildə Hadera bazarında partlayışı və bir neçə qarşısı alınmış terror cəhdindən ittiham olunur(bu hücumlar 7 nəfərin həyatına son qoyub). O, FA-dan ən azı 1 milyon 67 min 600 şekel(təxm. 324 min ABŞ dolları) alıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər