03:33
14°C
Bakı
Ukrayna Rusiya hərbi texnikasının təxminən 90%-ni dronlar vasitsilə sıradan çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Məlumata görə, təkcə cari ilin iyun ayında Ukraynanın 117 ədəd FPV dronu ilə reallaşdırdığı “Hörümçək toru” əməlyyatı nəticəsində Rusiya TU-95 və Tu-22 strateji bombardmançı təyyarələri də daxil olmaql,a ümumilikdə 41 təyyarəni sıradan çıxarıb. Nəticədə, Rusiya 7 milyard dollar mənləğində ziyana uğradı. Bu əməliyyat Rusiyanın nüfuzuna da ciddi zərbə vurdu.
Qeyd edək ki, ABŞ ordunun ehtiyaclarını ödəmək üçün 2026-cı ildən etibarən hər ay 10 min kiçik dron istehsal edəcək ki, bu da olduqca böyük rəqəmdir. Bu rəqəm, həm də Pentaqonun dronlar verdiyi önəmi göstərir.
Seymur ƏLİYEV