“Nail Kəmərli özünü atamın adı ilə reklam edir, yalvardım ki, bacımı reabilitasiyaya yerləşdir, dedi ki...” - ÖZƏL+FOTO
Ekskluziv
2227
08:50, Bu gün

“Nail Kəmərli özünü atamın adı ilə reklam edir, yalvardım ki, bacımı reabilitasiyaya yerləşdir, dedi ki...” - ÖZƏL+FOTO

“Bacım Reyhan 1 ay bundan əvvəl həbs olunub. Amma ki, dəqiq nəyin üstündə tutulduğunu bilmirəm. Qardaşımdan da soruşdum. O da dəqiq bilmədiyini dedi. Hətta bir dəfə yanına getdik, görüşmək istədik. Günü bizə səhv demişdilər. Həmin gün qadın məhbuslarla ziyarət günü deyildi. Görüşə də bilmədim ki, özündən soruşum nə üstündə həbs olunub? Yenə də yanına gedəcəyik”.
 
Bunu Moderator.az-a açıqlamasında Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib.
 
O daha sonra bloger Nail Kəmərliyə etiraz edib:
 
“Mən buradan Nail Kəmərliyə sözümü demək istəyirəm. Yenə başlayıb özünü Nizaminin qızı ilə reklam etməyə. Adı bəzi mövzularda pis hallandığı üçün keçib indi Nizaminin qızına. Köhnə videoları götürüb paylaşmağının nə mənası var ki? Deyir ki, guya Reyhanı reabilitasiyaya aparmaq istəyib, o getməyib. Mən özüm Nailə yalvardım ki, gəlin bir qrup insanla onu tutun. Dedi ki, “mənə lazım deyil, qarışmıram”. Onda oğru qızlarla məşğul idi. Reyhan onu maraqlandırmırdı. İndi gördü ki, adı pisə çıxdı, keçdi Reyhana. Guya bu yaxşılıq edir. Hamı Nizami Rəmzinin adıyla özünə məşhurluq qazanır. Adama deyərlər sən bunu götürüb reabilitasiyaya aparmamısan, sağaltmamısan, köhnə videonu niyə paylaşırsan? Nə deməyə çalışırsan? Sənin nə yardımın toxundu ki, bizə? Məqsədi odur ki, yutubda buna baxış sayı gəlsin və dollarları alıb cibinə qoysun. Allah bacımın yardımcısı olsun” deyə Nizami Rəmzinin qızı etiraz edib.
 
Qeyd edək ki, N.Kəmərli 2023-cü ildə Reyhanın acınacaqlı həyatını nümayiş etdirmişdi. Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.
Link kopyalandı!
Son xəbərlər