Tramp Vensi təcili İsrailə yolladı...- Atəşkəs pozulub- 100-ə yaxın insan öldürülüb...
Ekskluziv
990
06:31, Bu gün

Tramp Vensi təcili İsrailə yolladı...- Atəşkəs pozulub- 100-ə yaxın insan öldürülüb...

Atəşkəs rejiminin pozulması və Qəzza zolağında gərginliyin artması fonunda ABŞ-ın vitse-prezidenti J.D.Vens ölkə rəhbərliyi ilə danışıqlar aparmaq üçün İsrailə uçub.
ABŞ administrasiyası Vens və həyat yoldaşının bazar ertəsi Vaşinqton yaxınlığındakı Endryus hərbi hava qüvvələri bazasından yola düşdüyünü təsdiqləyib. Səfərin iki gün davam edəcəyi gözlənilir. Cədvəldə İsrailin baş naziri və prezidenti ilə görüşlər, girovların ailələri və yeni azad edilmiş məhbuslarla görüşlər nəzərdə tutulub.
 
Moderator.az xəbər verir ki, bu barədə “Ukrinform” Vaşinqtondakı müxbirinə istinadla məlumat yayıb.
 
Vaşinqton qeyd edir ki, səfər Rafa bölgəsində "HƏMAS" silahlılarının tuneldən çıxaraq İsrail avtomobilinə tank əleyhinə raket atması hadisəsindən sonra gərginliyin kəskin artması ilə bağlıdır. Hücum nəticəsində azı iki nəfər həlak olub. İsrail hücumları hazırkı atəşkəsin pozulması adlandırıb.
 
Vensın İsrail rəhbərliyi ilə atəşkəsin saxlanması, girovların azad edilməsi üçün gələcək addımlar və regiondakı vəziyyəti müzakirə etməsi planlaşdırılır. Amerika mediası qeyd edir ki, Ağ Ev regionun yenidən genişmiqyaslı hərbi əməliyyatlara bələnməsinin qarşısını almağa çalışır.
 
Bu arada "Əl-Cəzirə" yazır ki, Qəzza rəsmilərinin bildirdiyinə görə, atəşkəsin qüvvəyə mindiyi oktyabrın 10-dan bəri 100-ə yaxın fələstinli həlak olub.
 
Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Donald Tramp mülki əhalinin edam edilməsi ilə bağlı xəbərlərdən sonra Qəzza zolağında "HƏMAS"-a qarşı Amerikanın mümkün hərbi əməliyyatı ilə hədələyib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər