İlham Əliyevin ətrafında birləşməyin niyə vacib olduğu indi daha aydın dərk olunur...
Ekskluziv
663
20 Oct 2025 | 17:45

İlham Əliyevin ətrafında birləşməyin niyə vacib olduğu indi daha aydın dərk olunur...

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı baş verənlər son bir həftədir ki, media və sosial mediada ən çox müzakirə olunan məsələyə çevrilib. Uzun illər ali siyasi hakimiyyətin ən yüksək pillələrindən birində qərar tutan, əlində rəsmi və qeyri-rəsmi şəkildə böyük səlahiyyət cəmləyən şəxsin dövlətə və qanuni hakimiyyətə qarşı xəyanət mövqeyi tutması, bunun üçün kənar dövlətlərdən yardım almağa çalışması bir çox insanda əsl şok effekti yaradıb. İnsanların bir çoxu Ramiz Mehdiyevin dövlət və hakimiyyət üçün doğurduğu təhlükənin nə qədər böyük və real olduğunu yalnız indi-indi anlamaqda, bu qavrayış qarşısında qəzəb qarışıq heyrət hissi keçirməkdədir.

Ramiz Mehdiyevlə bağlı baş verənlər Azərbaycan dövlətinin bugünü və gələcəyi baxımından bir çox həqiqətləri ortaya çıxarır ki, bu gerçəkliklər aşağıdakılardan ibarətdir:

1.Azərbaycan dövləti Ramiz Mehdiyevin nəinki hakimiyyədə təmsil olunduğu, hətta hakimiyyətdən getdiyi dönəmdə belə ciddi təhlükə qarşısında olub. İşin ən pis tərəfi isə bu təhlükə uzun müddət de-şifrə olunmamış qalıb və bu səbəbdən də məlum şəbəkə geniş fəaliyyət göstərə bilib.

2.Baş verən olaylar, eləcə də irəli sürülən ittihamlar göstərir ki, Ramiz Mehdiyev bu məsələdə tək deyil və onun kifayət qədər böyük komandası mövcuddur. Dövlətimizin gələcəyi və təhlükəsizliyi baxımından kölgədəki həmin komandanın aşkara çıxarılmasına və məsuliyyətə cəlb ediməsinə ciddi ehtiyac var.

3.Ramiz Mehdiyevin xəyanət dosyesi sübut etdi ki, xalqımızın və dövlətimizin rifahı naminə Prezident İlham Əliyevin ətrafında hər zamankından daha sıx birləşmək zəruridir. Sabiq administrasiya rəhbəri ilə bağlı yaşananlar İlham Əliyevin ətrafında sıx birləşməyin niyə vacib olduğunu praktiki sürətlə izah etdi, bu çağırışların əsl mahiyyətinə aydınlıq gətirdi.

Biz dövlətimizi qorumaq, onun gələcək uğurlarını təmin etmək, kənar dövlətlərin vətənimizlə bağlı xain planlarını puça çıxarmaq üçün öncə sapı özümüzdən olan baltaları təmizləməli, onların əsl simasını üzə çıxarmalıyıq. Bu mənada Ramiz Mehdiyev  aysberqin əsas, amma görünən tərəfidir. Əlaqədar hüquq-mühafizə orqanları bu nəhəng aysberqin görünməyən tərəflərini də işıqlandırmalı, onu bir tam, bir bütöv olaraq ifşa etməlidir. Yalnız bu halda biz təhlükənin tam sovuşduğunu, hüququn və ədalətin bərqərar olduğunu söyləyə bilərik.

Seymur ƏLİYEV

 

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər