Estoniyanın Rusiyanın Baltikyanı dövlət yaxınlığında təxribatlar törətməsi ilə bağlı son iddiaları Rusiyanın Estoniyadan başlayaraq, qaçılmaz olaraq Avropaya təcavüz edəcəyindən xəbər verir.
Moderator.az yazır ki, bu haqda "Newsweek" nəşrinə açıqlamasında alman politoloq Karlo Masala danışib.
K. Masala “Rusiya qalib gəlsə: bir ssenari” kitabında Ukraynadakı müharibənin Moskva üçün əlverişli nəticəsindən sonra başlayacaq narahatedici hadisələr zəncirini təsvir edir.
Masala əmindir ki, Kreml lideri Vladimir Putinin Ukraynada qələbəsi qaçılmaz olaraq onu Avropaya qarşı növbəti aqressiyaya təhrik edəcək və onun ilk hədəfi Estoniyadır.
Oktyabrın 10-da Rusiyanın Estoniyanın cənub-şərqində yerləşdirilmiş ayaqqabıya bənzəyən bir hissəsi olan "Saatse Boot" keçidi yaxınlığındakı yolda fərqlənmə nişanı olmayan yeddi silahlı rus göründükdən sonra Tallin həmin sərhəd keçid məntəqəsini bağlayıb.
Ekspertin fikrincə, Rusiyanın qələbəsi Rusiya Federasiyasının qismən və ya tam nəzarətində olan ərazilərin (Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətləri) tam işğalı və birləşdirilməsi, habelə Ukraynanın artıq ilhaq edilmiş Krım yarımadası ilə yanaşı, hüquqi şəkildə hərbi neytrallıq elan etməyə məcbur edilməsindən ibarət olacaq.
Kremlin gələcək aqressiyası üçün müəyyənedici amil Donald Trampın işğal halında avropalı müttəfiqlərini fəal şəkildə müdafiə etmək istəməməsi, eləcə də Avropa qitəsinin ABŞ-ın dəstəyi olmadan müqavimət göstərə bilməməsi olacaq.
Masalanın ssenarisinə görə, ilk zərbə Estoniya sərhədində, etnik rusların əhəmiyyətli dərəcədə yaşadığı Narva şəhərinə vurulacaq. İşğal üçün bəhanə isə Estoniyanın mərkəzi hakimiyyət orqanları tərəfindən iddia edilən "zülm"dən şikayət edən yerli sakinlərin Moskvadan ruhlanan etirazları olacaq.
Masala öz modelində Narvanın işğalının 2028-ci il martın 27-də səhər tezdən baş verəcəyini, partlayışlar və şəhərin rus qoşunları tərəfindən ildırım sürəti ilə tutulacağını proqnozlaşdırır. Əməliyyat bəzi yerli sakinlərin dəstəyi ilə asanlaşdırılacaq və onlar əvvəlcədən ruslar tərəfindən silahlarla təmin olunacaqlar.
Bundan əlavə, Rusiya Baltik dənizində strateji əhəmiyyətə malik Hiyumaa adasını ələ keçirməyə cəhd edə bilər. Bu, özlərini turist kimi təqdim edərək əvvəlcədən adaya yerləşdirilən təxribatçılar tərəfindən dəstəklənən amfibiya hücumunu əhatə edəcək. Eyni zamanda, Rusiyanın Baltik donanması dənizin şərq hissəsinin tam blokadasını quracaq.
Masala hesab edir ki, Kreml NATO daxilində parçalanmaya ümid edəcək, çünki digər Alyans ölkələri yerli sərhəd insidenti kimi görünən böyük müharibədən qaçmağa çalışacaq. Estoniyaya qarşı hipotetik aqressiya ilə Ukraynaya təcavüz arasında əsas fərq budur: Estoniyaya təcavüzdə məqsəd sadəcə ərazi qazancı deyil, daha çox NATO-nun əzminin sınağıdır,
"Mən düşünmürəm ki, Putinin məqsədi Sovet İttifaqını bərpa etməkdir. Onun məqsədi bütövlükdə Avropaya hakim olmaq və Şərqi Avropa siyasətinə dəqiq təsir göstərməkdir", - deyə alman politoloq yekunlaşdırıb.
Xatırladaq ki, bu yaxınlarda rus qoşunları Estoniya yaxınlığında mövcudluğunu artırıb.
S.Laçın