Mehriban Əliyevanın Vatikan səfəri: Azərbaycan humanizmi ilə dünyanı fəth edir...
Ekskluziv
522
15:29, Bu gün

Mehriban Əliyevanın Vatikan səfəri: Azərbaycan humanizmi ilə dünyanı fəth edir...

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri bütün dünyada böyük maraqla qarşılanıb. Səfər xalqımızın sonsuz humanizmi və tolerantlığını əks etdirməklə yanaşı, Azərbaycan insanının dini və bəşəri dəyərlərə, sülh və əməkdaşlığa verdiyi önəmin isbatı kimi də mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, səfərin qayəsini Heydər Əliyev Fondunun açılışı dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası təşkil edirdi. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının rəhbərliyi dini-tarixi abidənin bərpasında göstərdiyi köməkliyə görə Mehriban xanıma təşəkkür etmiş, öz minnədarlığını bildirmişdi.

Mehriban Əliyeva səfər əsnasında Roma Papası XIV Leo, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə də göüşmüş, ikitərəfli əlaqələrin inkişafı, əməkdaşlığın daha da genişlənməsi ilə bağlı fikir mübadiləsi aparmışdır. Danışıqlar zamanı Azərbaycanın paytaxtında ikinci Katolik Kilsəsinin inşasının başlanması ilə bağlı dövlətimizin məramı elan edilmiş, bu qərar qarşı tərəfin böyük təqdiri və minnətdarlığı ilə qarşılanmışdır.

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Vatikan bağlarında nar ağacları əkməklə həm Müqəddəs Taxt-Tacın ənənlərinə ehtiramını ifadə etmiş, həm də bununla məlum ənənənin Azərbaycan xalqının təbiətə olan sevgi və ehtiramı ilə nə qədər üst-üstə düşdüyünü göstərmişdi.

Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca səfəri və bu səfər əsnasında keçirdiyi görüşlər, ona və onun timsalında Azərbaycan xalqına sərgilənən ehtiram ciddi mətləblərdən xəbər verir. Bu , hər şeydən öncə onu deməyə əsas verir ki, Azərbaycan öz humanizm siyasəti ilə yalnız İslam dünyasında deyil, bütün beynəlxalq aləmdə böyük sevgi və ehtiram qazanıb, tolerant ökə kimi tanınıb.

İkincisi, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpasının həyata keçirilməsi sübut etdi ki, ölkə daxilində dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri böyük diqqətlə qoruyan, həssaslıq bərpa edən Azərbaycan, öz hüdudlarından kənarda da dünya sivilizasiyasına məxsus abidələrin bərpasını diqqət mərkəzində saxlayır, bu prosesə ciddi töhfə verir.

Üçüncüsü, Mehriban xanımın Vatikana səfəri və bu əsnada həyata keçirdiyi məhsuldar görüşlər göstərdi ki, Azərbaycan milli dəyərlərlə yanaşı, həm də ümumbəşəri dəyərlərə böyük önəm verir, onların qorunmasını vacib sayır.

Dördüncüsü, bu səfər Azərbaycanın humanitar diplomatiyaya, dinlər və mədəniyyətlərarası dialoqa sadiq olduğunu, bu sahədə müsbət dinamikanı təmin etdiyi isbatlayır.

Beşincisi, Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca səfəri sübut etdi ki, Azərbaycan iqtisadi inkişaf tempi ilə yanaşı, həm də humanizmi ilə bütün dünyaya nümunədir. Hər kəsin bu nümunədən öyrənməsi, bundan özü üçün konkret nəticələr çıxarması mümkün və zəruridir.

Əminliklə demək olar ki, Mehriban Əliyevanın bu səfəri Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı dostluq münasibətlərini daha da inkişaf etdirəcək, bu münasibətləri mahiyyət etibarilə yeni bir mərhələyə yüksəldəcək.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər