“Güc sülh üçün ən yaxşı impulsdur!”
Ekskluziv
1013
12:03, Bu gün

“Güc sülh üçün ən yaxşı impulsdur!”

“Müasir dünyamızda güc sülh üçün ən yaxşı impulsdur və bu həqiqət Rusiya-Ukrayna müharibəsinə də aiddir”.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşrin məlumatına görə, müasir dünyamızdakı müharibə poblemlərinin təhlili sübut edir ki, təcavüzkarı sülhə vadar etməyin ən yaxşı yolu ona qarşı adekvat güc sərgiləməkdir. Məhz belə olan halda təcavüz aktının ortadan qalxması, hərbi qarşıdurmanın dayandırılması daha tez baş verir.

Bu baxımdan, ABŞ hərbi nəşri hesab edir ki, Qərbin Ukraynaya daha ciddi hərbi dəstəyi, eləcə də, Kiyevin uzaqmənzilli dağıdıcı raketlərlə təchizatı bu torpaqlara sülhü daha tez gətirə bilər. Belə ki, Ukraynanın uzaqmənzilli raketlərlə təchizatı ona Rusiyanın dərinliklərdəki hərbi və strateji obyektlərini, eləcə də enerji infrastrukturunu sıradan çıxarmağa imkan verə bilər ki, belə olan halda Kremlin hərbi ekspansiya siaysətini davam etdirməsi mümkünsüz olar.

Məlumat üçün qeyd edək ki, Qərb Ukraynaya hərbi dəstəyini davam etdirsə də, hələ də Kiyevi uzaqmənzilli və yüksək dəqiqlikli raketlərlə təchiz etməkdə ciddi tərəddüdlərə malikdir.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər